xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR

5-06-2026, 09:00 6 dəfə baxılıb

Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR


Azərbaycanda ictimai nəqliyyat sistemində yeni maliyyələşmə modelinə keçid hazırlanır. Məhz bu növ sistemin tam şəkildə işlək vəziyyətə gətirilməsi üçün brutto müqavilə modelinə keçid vacib hesab olunur. Artıq bununla bağlı qərar verilib və 2026-2028-ci illər ərzində mərhələli şəkildə bu sistemə keçidin təmin olunması planlaşdırılır. Brutto müqavilə modeli daşıyıcıların maliyyə dayanıqlığını təmin etmək məqsədi daşıyır və burada əsas məsələ hər kilometrə görə subsidiyanın tətbiq olunmasıdır.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında bu model tətbiq olunduqdan sonra ictimai nəqliyyat sistemində bir sıra yeniliklərin həyata keçirilməsi mümkün olacaq deyib.

"Buraya gündəlik, həftəlik, aylıq və illik bilet paketləri, eləcə də müəyyən zaman intervalı daxilində pulsuz keçid imkanları daxildir. Dünyanın müxtəlif şəhərlərində bu keçid müddəti fərqli olur. Bəzi şəhərlərdə 45 dəqiqə, digərlərində 60 və ya 90 dəqiqəlik pulsuz keçid sistemi tətbiq edilir. Belə yanaşma xüsusilə uzaq məsafədən gələn sərnişinlərin maliyyə yükünün azaldılmasına xidmət edir. Yəni sərnişin bir nəqliyyat vasitəsindən digərinə keçərkən əlavə ödəniş etmədən müəyyən müddət ərzində səfərini davam etdirə bilir".

O bildirib ki, bu da həm ictimai nəqliyyatdan istifadənin artırılmasına, həm də vətəndaşların xərclərinin optimallaşdırılmasına şərait yaradır:

"Bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Ona görə də ilkin mərhələdə brutto müqavilə modelinə keçid əsas prioritet hesab olunur. Bu sistem tam tətbiq edildikdən sonra digər məsələlərin də mərhələli şəkildə öz həllini tapacağı gözlənilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi