xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Mopedlərlə bağlı yeni qaydalar

4-06-2026, 11:33 7 dəfə baxılıb

Mopedlərlə bağlı yeni qaydalar


Azərbaycanda mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına və ya digər xidmətlərin göstərilməsinə görə dövlət rüsumu müəyyənləşir.

Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, moped sahibləri nəqliyyat vasitəsinin illik qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə 15 manat miqdarda dövlət rüsumu ödəyəcəklər.
Bundan başqa, moped sahibləri digər prosedurlara görə də dövlət rüsumu ödəyəcəklər
Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün - 15 manat:

Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə - 10 manat;
Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə - 40 manat;
Mopedlərin idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə - 20 manat.

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün - 30 manat;
Dövlət qeydiyyat nişanlarının verilməsinə görə - 15 manat;
Qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 30 manat.
Layihəyə əsasən, mopedlər icbari sığortaya cəlb olunmalıdır.
Qeyd olunur ki, qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutulur.

Xatırladaq ki, layihə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 9 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi