xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

“Quran”dakı bu adları uşaqlara qoymaq olmaz

21-01-2020, 10:58 51 dəfə baxılıb

“Quran”dakı bu adları uşaqlara qoymaq olmaz


Müsəlman şərqində dini adların uşaqlara verilməsi çox geniş yayılıb. Bu həm müqəddəs şəxslərə ehtiram hesab olunur, həm də belə düşünülür ki, bu cür adların daşıyıcıları həmin adların sahiblərinin himayəsində olacaqlar.

Publik.az xəbər verir ki, bəzi inanclı insanlar yeni doğulan uşaqlar üçün “Quran” açdırır, orada qarşısına ilk çıxan sözü və ya adı seçirlər. Bəs, “Quran”da qeyd olunmuş bütün adları uşaqlara qoymaq olarmı?!

Əvvəla onu qeyd edək ki, insana qoyulan ad həm bu dünyada, həm də axirətdə keçərlidir. Məhəmməd Peyğəmbər (s.ə.v.) gözəl adlar qoymağın önəmini belə izah edib:

“Siz qiyamət günündə özünüzün və ata-ananızın adları ilə çağırılacaqsınız. Ona görə də övladlarınıza gözəl adlar qoyun”.

Ona görə də sadəcə bu ad “Quran”da mövcuddur, deyə uşaqlara verilməməlidir. Əvvəlcə o adların mənası araşdırılmalı, uyğun olub-olmadığına qərar verilməlidir. Məsələn, “Quran”da mövcud olan və hazırda şərqdə çox yayılmış Sənəm adı “büt” deməkdir. Türkiyədə populyar ad olan Aleyna adı “bəla, sıxıntı” mənasındadır. Daha bir türk adı Kəzban “yalançı” anlamına gəlir. Yəni qız övladına Kəzban adı qoyan valideyn onun hər iki dünyada daim “Yalançı” deyə çağırılmasına imkan yaradır. Bizdə bu ad Tükəzban olaraq qoyulur. “Quran”da bu söz belədir: Tükəzziban – mənası “siz yalan danışırsız, yalançısız”.

Harun adı – harın sözündəndir. Rümeysa isə gözü xəstə, zəif olan deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi