xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Yaxında ictimai nəqliyyatdakı islahatların nəticələrini görəcəyik” - Nazir müavini

17-09-2025, 12:55 8 dəfə baxılıb

“Yaxında ictimai nəqliyyatdakı islahatların nəticələrini görəcəyik” - Nazir müavini


“İctimai nəqliyyat sahəsində islahatlar davam edir və tələbata uyğun olaraq ictimai nəqliyyatın təmin olunması üçün ciddi addımlar atılır”.

“Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanun layihəsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

Nazir müavininin sözlərinə görə, yaxın gələcəkdə bunun real nəticələrini görəcəyik: “Bu sahədə problemlərdən biri dayanacaqlarla bağlıdır. Bu gün AYNA tərəfindən marşrutlar, icra hakimiyyətləri tərəfindən isə dayanacaqların qurulması, saxlanılması müəyyən edilir.

Bu məsələ Prezident Administrasiyası tərəfindən qaldırılaraq vahid yanaşmanın zəruri olduğu bildirilib və buna uyğun olaraq qanunlara müvafiq dəyişikliklər hazırlanıb. AYNA tərəfindən bu işlərin görülməyi nəzərdə tutulub”.

R.Hümmətov əlavə edib ki, son illərdə ölkə rəhbərliyinin keçirdiyi sosial-iqtisadi siyasət, qəbul olunan dövlət proqramları nəqliyyat infrastrukturunun genişlənməsinə, inkişafına şərait yaradıb: “Nəticədə Azərbaycan qısa müddətdə Avrasiya qitəsində nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir. Hava, dəniz limanları və digər nəqliyyat sahəsində görülən işlərlə ötən il Azərbaycan üzərindən rekord həcmdə tranzit yük daşınıb. Bu rəqəm artıq 15 milyon tona yaxınlaşır. Eləcə də ölkədaxili yükdaşımalarında ciddi artımlar müşahidə edilir. Ölkə ərazisindən keçən bir sıra nəqliyyat dəhlizləri - istər şimal-cənub, istərsə də şərq-qərb dəhlizləri, məlum görüşlərdən, bəyanatlardan və son imzalanan sənədlərdən sonra daha da geniş perspektivlər açır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi