xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Qurban ətini kəsən kimi yemək olmaz - XƏBƏRDARLIQ

4-06-2025, 15:30 4 dəfə baxılıb

Qurban ətini kəsən kimi yemək olmaz - XƏBƏRDARLIQ


Qurban bayramında ət istehlakına diqqətli olmaq həm sağlamlığımızı qorumaq, həm də bayramdan tam zövq almaq üçün vacibdir.

Qurbanlıq əti istehlak edərkən nəzərə alınmalı məqamlar var.

Türkiyəli qidalanma və pəhriz mütəxəssisi Yasemin Cantimur bildirib ki, qurban kəsildikdən dərhal sonra yemək olmaz, azı 24 saat gözləmək lazımdır. Onun sözlərinə görə, Qurban ətini dərhal yemək həzm sistemində problemlər yarada bilər:

“Çünki kəsiləndən sonra ətlərdə “rigor mortis” adlanan əzələ sərtliyi əmələ gəlir və bu da ətin həzmini çətinləşdirir. Ətin ən azı 24 saat soyuducuda saxlanması həm dadını artırır, həm də həzmini asanlaşdırır”.

Mütəxəssis əlavə edib ki, bayram süfrələrində həddindən artıq ət yemək sağlamlığa mənfi təsir göstərə bilər:

“Hər şeydə olduğu kimi qırmızı ət də həddindən artıq istehlak edildikdə zərərlidir. Ona görə də gündəlik ət istehlakını 100-150 qrama qədər məhdudlaşdırmaq faydalı olardı.
Ətlə birlikdə yüksək lifli qidaların qəbulu həzmi asanlaşdırır və xolesterol səviyyəsini tarazlaşdırır. Yulaflar, paxlalılar, tərəvəzlər və meyvələr xüsusilə həll olunan liflə zəngindir və LDL xolesterini azaltmağa kömək edir.
Ət yüksək temperaturda bişirildikdə birbaşa istilik, kanserogen heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər əmələ gələ bilər. Bunlar uzun müddətdə xərçəng riskini artıra bilər. Əti qaynatmağa, buğlama şəklində və ya sobada bişirilməyə üstünlük verin”.

Diyetoloq deyib ki, qırmızı ətdə doymuş yağda yüksək olduğuna görə bu, ürək xəstəliyi və yüksək qan təzyiqi problemi olan şəxslər üçün risk yarada bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi