xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Bakıda çörəklə bağlı təhlükəli vəziyyət: Köhnəni təzə bişirilənə qatırlar?

21-06-2024, 09:41 3 dəfə baxılıb

Bakıda çörəklə bağlı təhlükəli vəziyyət: Köhnəni təzə bişirilənə qatırlar?


Azərbaycan xalqı dünyada ən çox çörək yeyən xalqdır. Buna görə dünyada birinci yerdəyik. Həm də çörək bizim üçün müqəddəsdir. Amma bizneslə məşğul olanlar xalqın çörəyi çox yeməsindən sui-istifadə edirlər. Şikayətləri analiz etdikdə görünür ki, çörəklər ya çox qısa zamanda sıradan çıxır, ya da uzun müddət saxlayanda sıradan çıxmır. Hər iki hal istehlakçı hüququnu qoruyan təşkilatı qayğılandırır".

Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov son vaxtlar çörəyin keyfiyyəti ilə bağlı şikayətlərin artması haqqında danışarkən deyib.

Onun sözlərinə görə, çörəyin otaq temperaturunda orta saxlanma müddəti 72 saatdan artıq deyil:

"Əgər tez bir zamanda çörəkdə yapışqanlıq əmələ gəlirsə, bu o deməkdir ki, həmin sexin unu artıq kartof xəstəliyinə tutulub. Onu təmizləmək isə asan məsələ deyil. Bu cür yapışqanlı çörəklər mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. Çünki orada artıq göbələklər var və insanlar bundan xəstələnə bilər. Əgər çörək uzun müddət saxlanılırsa və xarab olmursa, bu da ziyanlıdır. Çünki demək, çörək artıq kimyalaşıb. Hər iki problemi müşahidə edirik. Çörəyin quruması isə normal haldır".

E.Hüseynov deyib ki, isti çörək də mədə-bağırsaq xəstəliklərinə səbəb olur:

"Çox təəssüflər olsun ki, azərbaycanlılar isti çörəyə üstünlük verirlər. Bu isə mədə-bağırsaq xəstəliklərinə gətirib çıxarır. İsti çörək mədədə gec həll olunsa da, insanların ona tələbatı var".

E.Hüseynov köhnə çörəklərin təzə bişirilən çörəklərə qarışdırılmasının isə illər öncə baş verdiyini bildirib: "Köhnə çörəklərin təzə çörəyə qarışdırılması məsələsi 10 il öncə baş verirdi. Hazırda bu məsələ demək olar ki, yoxdur. Bunun kökü kəsilib. Köhnə çörəyi digər təsərrüfatlara verirlər. Əgər istehlakçı şikayətlərini nəzərə alsaq, "Binə" çörəyindən tez-tez şikayətlər daxil olur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi