xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Daha 153 nəfər Füzuli şəhərinə yola salınıb - FOTOLAR

15-03-2024, 09:53 5 dəfə baxılıb

Daha 153 nəfər Füzuli şəhərinə yola salınıb - FOTOLAR


Ermənistanın işğalından azad edilmiş Füzuli şəhərinə martın 15-də daha 35 ailə (153 nəfər) yola salınıb.

Köçürülən ailələrdən 22-si (90 nəfər) Bakı şəhərindən, 5-i (20) Sumqayıt şəhərindən, 4-ü (24) Füzuli rayonundan, 2-si (12) Beyləqan rayonundandır. İmişli (3 nəfər) və Abşeron (4 nəfər) rayonlarının hər birindən isə bir ailə köçürülüb.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 28 ailə (114 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb.

Beyləqan, İmişli və Füzuli rayonunda məskunlaşmış 7 ailə (39 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Köçürülənlərin nəqliyyat karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Beləliklə, budəfəki köç də daxil olmaqla Füzuli şəhərində 562 ailənin (2120 nəfər) məskunlaşması təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi