xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Zülfüqar Hüseynzadənin ölüm səbəbi nə olub? - Həkimdən açıqlama

19-06-2023, 12:55 15 dəfə baxılıb

Zülfüqar Hüseynzadənin ölüm səbəbi nə olub? - Həkimdən açıqlama


"Qəflətən ölən istəlinən insanla bağlı Məhkəmə Tibbi Ekspertizasının rəyi olmalıdır, diaqnoz dəqiqləşdirilməli və təsbit edilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin qəfil ölüm səbəblərini danışarkən deyib.

Həkim belə ölüm faktları zamanı ehtimallar üzərində fikirlərin yürüdülməsinə təəssüf etdiyini vurğulayıb: "Tibbi ekspertizanın rəyi ortada olmalıdır. İstənilən halda bu hadisə kənarda baş verib, yəni, həkim nəzarətində olmayıb, ona görə də mütləq Məhkəmə Tibbi Ekspertizasının rəyi vacibdir”.

Ekspert hesab edir ki, qəfil ölümlərin səbəbləri barədə danışıb: "Onun əsas səbəblərindən biri trombofiliya və qəfil ürək dayanmasıdır. Bu, ürək-damar xəstəlikləridir. Burada çox fikir yürütmək olar, təzyiqin qalxması, infarkt, insult, trombofiliya, ürəyin qəfil dayanması və s. Bəlkə də hansısa ritm pozuntusu olub. Bunu demək çətindir. Buna görə birmənalı fikir bildirmək düzgün deyil. Hər halda çox üzücü bir xəbər oldu”.

Qeyd edək ki, Moderator.az saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə Kəlbəcərdə 52 yaşında dünyasını dəyişib. Əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar Hüseynzadə doğma yurduna ziyarətə gedibmiş.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi