xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Əhali Qarabağda aparılan hərbi əməliyyatların davam etdirilməsini istəyir - SORĞU

22-08-2022, 10:55 31 dəfə baxılıb

Əhali Qarabağda aparılan hərbi əməliyyatların davam etdirilməsini istəyir - SORĞU


Sosial Tədqiqatlar Mərkəzi növbəti dəfə Azərbaycanın 2022-ci ilin avqust ayında öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar, onun hərbi-siyasi mahiyyəti və bu barədə məlumatlılıq səviyyəsinə dair ictimai rəy sorğusu keçirib.

Sorğu çərçivəsində Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilməklə 384 respondentin rəyi öyrənilib.
Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin mütləq əksəriyyəti Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar barədə məlumatlıdır. Respondentlərin əsas hissəsi, yəni 64,6%-i bu barədə məlumatı televiziyadan, 43,5% göstərici ilə sosial şəbəkələrdən, 27,9% internet saytlarından, 7,0% radiodan əldə etdiyini bildirib.

Bu barədə məlumat əldə etmədiyini bildirənlər cəmi 2,1% təşkil edib.
Respondentlərin təqribən yarısı (49,2%) hesab edir ki, aparılan hərbi əməliyyatlar erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatıdır.
Respondentlərin 17,2%-i hərbi əməliyyatları Azərbaycan ərazisində yalnız bir milli ordunun varlığının göstəricisi kimi xarakterizə edib. Azərbaycanın hərbi əməliyyatlarla Ermənistanı sülhə məcbur etdiyini düşünənlərin göstəricisi 13,3% təşkil edib.
Təxminən eyni sayda respondentin mövqeyində hərbi əməliyyatlar Qarabağda ermənilərin yeni təmas xətti çəkmək cəhdlərinə qarşı (9,1%) və yeni müharibə ehtimalı (9,6%) olaraq dəyərləndirilib.

Təxminən hər beş respondentdən biri (22,4%) Qarabağda aparılan hərbi əməliyyatların hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib.
Respondentlərin 15,9%-i isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.
Keçirilən rəy sorğusunun nəticələrinə əsasən, respondentlər Ermənistanın 10 noyabr tarixli birgə bəyanatın şərtlərinə əməl etməməsi halında, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməsini dəstəklədiklərini ifadə ediblər. Belə ki, rəyi öyrənilənlərin mütləq əksəriyyəti - 80,5%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Hərbi əməliyyatları erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatı olaraq görən respondentlərin 84,1%-i bu əməliyyatların davam etdirilməsini dəstəkləyib.

Nəticələrin gender aspektindən statistik təhlili bizə onu deməyə əsas verir ki, kişilər qadınlarla müqayisədə Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatları davam etdirməsini daha çox istəyirlər.

Əks mövqedə qərarlaşan (6,8%), eləcə də bu suala cavab verməkdə çətinlik çəkən (12,8%) respondentlər mövqeyini əsasən itkilərin olmasını istəmədikləri ilə əlaqələndiriblər.

Əhali Qarabağda aparılan hərbi əməliyyatların davam etdirilməsini istəyir - SORĞUƏhali Qarabağda aparılan hərbi əməliyyatların davam etdirilməsini istəyir - SORĞU






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi