xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

İstilik mövsümünə keçidlə bağlı AÇIQLAMA

9-08-2022, 11:13 48 dəfə baxılıb

İstilik mövsümünə keçidlə bağlı AÇIQLAMA


2022-2023-cü illər payız-qış mövsümündə “Azəristiliktəchizat” ASC Bakıda və regionlarda balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 879 yaşayış binasını, 280 məktəbi, 160 uşaq bağçasını, 164 səhiyyə müəssiəsini, 2 052 sosial və təsərrüfat obyektini istiliklə təmin edəcək.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu məqsədlə 1 000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri, 1 300-dən artıq qazan aqreqatı, 3 000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu və texniki rejim parametrlərinin saxlanılması üçün 20 000-dən artıq müxtəlif tənimləyici və nizamlayıcı armaturlar istismar olunacaq.

Mövsümə hazırlıq tədbirləri çərçivəsində 6,3 km müxtəlif diametrli istilik xətləri əsaslı təmir olunub, 460 ədəd dirsək dəyişdirilib, 22 ədəd qazan aqreqatı əsaslı, 428 ədədi cari təmir olunub, 263 ədəd qazan aqreqatı mexaniki və 34 ədəd kimyəvi üsulla təmizlənib, 2 332 ədəd nasos, 10 014 ədəd müxtəlif diametrli siyirtmələr, 2 128 ədəd mühərrik, 361 ədəd elektrik avadanlığı və 396 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1 097 ədəd genişləndirici çən təftiş olunub, zəruri təmir-bərpa işləri aparılaraq tam işçi vəziyyətə gətirilib və hazırda işlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi