xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Buzovna sakinlərinin təntənəsi: Qanunsuz hasar və tikililər tarixə qovuşdu - FOTOREPORTAJ

23-06-2022, 13:46 37 dəfə baxılıb

Buzovna sakinlərinin təntənəsi: Qanunsuz hasar və tikililər tarixə qovuşdu - FOTOREPORTAJ


Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililərin sökülməsi barədə məlumat vermişdik. Artıq söküntü işlərinin bir qismi yekunlaşmaq üzrədir.

“Global Photo Stock”un əməkdaşı sökülmə prosesinin son mərhələsini lentə alıb.

Qeyd edək ki, ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilib ki, dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə inventarizasiya aparılıb.
Vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarının hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol verilib. Bu da haqlı narazılıqlara səbəb olur. Bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib.

Bildirilib ki, təmizlənən torpaq sahələri çimərlik ərazilərinə birləşdiriləcək və əraziyə nəzarət artırılacaq. Eyni zamanda neqativ hallara yol verilməsinin, ərazinin zibillənməsinin qarşısının alınması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və pozuntulara yol verənlərin qanunamüvafiq qaydada cəzalandırılması nəzərdə tutulub.

Buzovna sakinlərinin təntənəsi: Qanunsuz hasar və tikililər tarixə qovuşdu - FOTOREPORTAJBuzovna sakinlərinin təntənəsi: Qanunsuz hasar və tikililər tarixə qovuşdu - FOTOREPORTAJBuzovna sakinlərinin təntənəsi: Qanunsuz hasar və tikililər tarixə qovuşdu - FOTOREPORTAJBuzovna sakinlərinin təntənəsi: Qanunsuz hasar və tikililər tarixə qovuşdu - FOTOREPORTAJ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi