xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Əhməd Əhmədov: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıb

28-02-2022, 11:23 237 dəfə baxılıb

Əhməd Əhmədov: Ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı soyqırımı qurbanlarının da qisasını alıb


“Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ötən 30 il ərzində Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla anıb. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. İndiyə qədər 10-dan çox ölkə, İslam Əməkdaşlıq Təşkilatı və ABŞ-ın bir çox ştatları Xocalı faciəsini soyqırımı kimi tanıyıb, müxtəlif bəyanatlar, qətnamələr qəbul ediblər”. Bunu Zaqatala meşə mühafizəsi və bərpası təsərrüfatının rəisi Əhməd Əhmədov deyib.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub: “Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”.

“Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi”, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə “dəmir yumruq” qalib gəldi və yeni reallıq yaratdı. 44 günlük müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı”.

Bu gün Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, ölkəmizin artıq sadəcə Cənubi Qafqaz regionunda deyil, həmçinin bütün Avrasiya məkanında mövqelərini inamla möhkəmləndirməsi bir çox digər ölkələr kimi qonşu Rusiyada da böyük maraqla izlənilir. Əlbəttə ki, ölkələrimiz arasında uzun illər davam edən strateji əməkdaşlıq münasibətləri və tarixi kökləri daha uzaq keçmişə dayanan mədəni, iqtisadi, elmi və digər sahələri əhatə edən əlaqələr də bu marağın formalaşmasında xüsusi rol oynayır. Bununla belə, fevral ayının 22-də Moskavada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə iki ölkə arasında münasibətlərin artıq yeni, daha yüksək və təkmil formata keçidini anonslamış oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə keçirdiyi görüşün gedişində də media nümayəndələri ən çox məhz bu sənədin ətrafında dövlətimizin başçısına suallar ünvanlayırdılar. Digər tərəfdən isə, erməni təbliğatını hələ də Cənubi Qafqazda gedən proseslərə hansısa təsir gücünə malik ola biləcək vasitə hesab edən bəzi dairələrin təmsilçiləri bu görüşdən də Azərbaycanın mövqelərinə qarşı müəyyən həmlələr etmək üçün istifadə etməyə çox çalışdılar. Lakin Prezident İlham Əliyevin əhatəli və sərrast cavabları belə cəhdlərin mənasız və gülünc olduğuna dair heç kimdə şübhə qoymadı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi