xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Zümrüd Yağmur qızlarından üzr istədi

25-09-2019, 14:00 290 dəfə baxılıb

Zümrüd Yağmur qızlarından üzr istədi

Bu günlərdə ailəsində baş verən zorakılıq hadisəsiylə gündəmə gələn yazar Zümrüd Yağmur qızlarından üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, Z. Yağmur feysbuk səhifəsində bildirib ki, o da eyni şəkildə əzab çəkib: “Amma qızlarımdan üzr istəyirəm. Onları ədalət deyib ədalətsizlik edən insanların onlara yüklədiyi qəzəbdən, saxtakar insanlardan, doğma hesab olunan adamdan, özümün gücsüzlüyümdən qoruya bilmədim. Üzr istəyirəm. Təkcə öz qızlarımdan deyil. Bu ölkədə yüzlərlə Selcan, Sənay kimi şiddətə məruz qalıb bax elə bu anda gözünün yaşını töküb əlinin dalıyla burnunun suyunu silən, gecələr atasının bağırtılarından yatmağa qorxan, kaş öləydim deyib hələ tam dərk etmədiyi Allahdan yardım istəyən uşaqlardan üzr istəyirəm. Yazar olaraq “atadır döyər” düşüncəsini daşıyan minlərlə atanın bu qorxunc düşüncəsini dəyişə,“qadındı da əri döyər də, sevər də” deyib məhv edilən həyatına rəğmən, guya xoşbəxtlik oyunu oynayıb qızıl teşdə qan qusan qadınları qoruya bilmədiyim üçün üzr istəyirəm.

Bir də özümdən üzr istəyirəm. İllərdir özümü ədalətinə inandıqlarımın ədalətsizliyində əzdirdiyim üçün. Üzr istəyirəm və bu, məni kiçiltmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi