xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Yol polisi sürücülərdən tibbi arayış tələb edir — VİDEO

29-10-2021, 10:51 32 dəfə baxılıb

Yol polisi sürücülərdən tibbi arayış tələb edir — VİDEO


Bakıda səhərin erkən saatlarında mağazalara çörək daşıyan avtomobillərin sürücülərindən sağlamlıq haqqında arayış tələb olunur. Çörək sexinin sahibi iddia edir ki, yol polisi onların çörəyi mağazalara çatdırmasına mane olur. Sürücülərin tibbi arayışı olmadığından onların avtomobilləri cərimə meydançasına aparılır. Bəs qanun nə deyir? Yol polisi sürücüdən tibbi arayış tələb edə bilər?

"Ölkə.Az" xəbər verir ki, bu problemlə paytaxtda çörək istehsalı və çörəyin mağazalara çatdırılmasını təşkil edən sahibkar Söhrab Cabbarov üzləşib.


O deyir ki, son bir neçə gündür səhərin erkən saatlarında çörəyin daşınmasını həyata keçirən avtomobillərin sürücüləri yollarda müəyyən maneələrlə üzləşirlər.

Sürücülərin reysqabağı tibbi arayışları olmadığından Söhrab Cabbarov iddia edir ki, yol polisi onların çörəklə dolu olan avtomobillərini cərimə meydançasına aparır. Hətta belə hal bir neçə dəfə təkrarlandığından onlara maddi zərər də dəyib.


Söhrab Cabbarov deyir ki, bütün sürücülərin işə qəbulu zamanı onlardan tibbi arayış alınıb. Səhhəti normal olan sürücülər işə götürülüb. Qanunvericiliyə görə, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin və sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə protokolu aidiyyəti üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərtib edə bilər.

Məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də münasibət bildirib. İdarədən deyilib ki, sürücü bununla bağlı yol polis idarəsinə müraciət etsin, onun şikayəti qısa zamanda araşdırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi