xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

“O, əmr verməsəydi, bu olmazdı” - Tehran Mənsimov - VİDEO

8-10-2021, 10:22 55 dəfə baxılıb

“O, əmr verməsəydi, bu olmazdı” - Tehran Mənsimov - VİDEO


“Bir Azərbaycan zabiti olaraq demək istəyirəm ki, Azərbaycanın qazandığı qələbənin böyük payı Ali Baş Komandana düşür”.

“Bunu polkovnik, Vətən Müharibəsindəki xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Tehran Mənsimov Vətən Müharibəsindən danışarkən deyib.

“Niyə? Çünki onun bizə inamı, bizim ona inamımız və o verib o əmri... O, əmr verməsəydi, bu olmazdı. Çünki biz əmrə tabeyik. Hər kəs deyir, “mən qəhrəmanam”. Amma mən sizə deyim, ən böyük qəhrəman odur. Çünki o cəsarət, o inam onda var. O, bizə inanmasaydı, əmri verməzdi. Eyni zamanda, şəhidlərin qanı ilə alınıb bu torpaqlar. Çox şükür ki, biz elə uşaqlar gördük, elə oğullar gördük, Vətən Müharibəsində elə oğullar şəhid verdik ki, onları dünyaya gətirən bütün anaların əllərindən öpürəm.O analar, atalar, valideynlər üçün bu gün, həqiqətən, ağırdır. Hə, hər kəs deyə bilər bu ifadəni, “Vətən sağ olsun”. O qədər də rahat deyilir ki o ifadə..."

"Amma o valideyn bilir ki, dünyaya gətirdiyi övlad, boya-başa çatdırdığı. əmək sərf etdiyi övlad onun üçün kim idi. Necə onu bu dövlət, Vətən üçün hazırlayıb, ya zabit, ya əsgər kimi yola salıb. Haqqını halal edib. O da əlindən gələni edib, bu Vətən yolunda şəhid olub. Onların haqqına heç kim girə bilməz. Girməməlidir. Çox təəssüf ki, bu gün bizim içimizdə “mən-mən” deyənlər qalıb. “Mən aldım”, “Mən tutdum”, “Mən tarix yazdım”..."

"Cənab Ali Baş Komandan belə ifadəsində deyir ki, “Biz tarix yazdıq. Biz qələbə qazandıq”. O, “biz” deyəndə Azərbaycanı, Azərbaycan xalqını nəzərdə tutur. O, o qədər humanist insandır ki, elə adamları da bağışlayır. Çünki heç kim heç kimin haqqına girməməlidir”, - polkovnik bildirib.

Qeyd edək ki, videonun rejissoru Elvin Mirzəyev, operatoru İlkin Mehtiyevdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi