xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

DİN mənzil kirayələmək istəyən şəxslərə xəbərdarlıq etdi

20-09-2021, 14:07 121 dəfə baxılıb

DİN mənzil kirayələmək istəyən şəxslərə xəbərdarlıq etdi


Daxili İşlər Nazirliyi (DİN) kirayə mənzil bazarında mövcud olan dələduzluq halları ilə bağlı əhaliyə xəbərdarlıq edib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sorğusuna cavab olaraq bildirib ki, bəzi şəxslər etibardan sui-istifadə edərək, kirayə mənzil tutma istəyən şəxslərə qarşı dələduzluq edir:

“Polis aldatma, etibardan sui-istifadə yolu ilə müşahidə olunan bu kimi neqativ hallara qarşı mübarizə aparır. Hər bir dələduzluq əməli öz üsul və metoduna görə bir-birindən fərqlənir. Bu və ya digər formada evlərin kirayələnməsində və alqı-satqısında vətəndaşlar diqqətli, ayıq-sayıq olmalı, görmədiyi və mövcudluğuna əmin olmadığı evlərə görə, hər hansı formada vəsait ödəməməlidir. Əgər vətəndaşlar hansısa formada dələduzluğa məruz qalıbsa, dərhal DİN-in 102 Zəng-Mərkəzinə məlumat vermələri tövsiyə olunur”.

DİN rəsmisi kirayə mənzil bazarında mövcud olan onlayn dələduzluqdan da danışıb:

"Bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər.
Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər. Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər".

Qeyd edək ki, Bakıda özünü makler kimi təqdim edən şəxslərin vətəndaşları aldadaraq onların pulunu mənimsəməsi ilə bağlı məlumatlar yayılıb.

Həmçinin oxu://olke.az/olke/244748/deleduzluun-yeni-nvu-vetendaslar-bu-cur-aldadilir/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi