xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

DAŞKƏSƏNDƏ ŞƏHİD NOVRUZ HAXVERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB

19-01-2021, 14:00 197 dəfə baxılıb

DAŞKƏSƏNDƏ ŞƏHİD NOVRUZ HAXVERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB


Bu gün yanvarın 19-da Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Daşkəsən rayon sakini Haxverdiyev Novruz Əli oğlunun nəşi şəhidin doğulduğu Daşkəsən rayon Alunitdağ qəsəbəsinə gətirilib. Keçirilən vida mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. Şəhid Novruz Haxverdiyev Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində çıxış edən Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
- Sentyabr ayından başlayan Vətən müharibəsi Azərbaycanın ordusunun tam qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində uzun illər işğal altında qalmış dədə-baba torpaqlarımız erməni işğalçılarından azad olundu.
Bu möhtəşəm qələbənin əldə olunması üçün neçə-neçə əsgər və zabitlərimiz öz canlarından keçib şəhidlik zirvəsinə ucalaraq qazilərimizlə birgə Azərbaycan tarixinin yeni salnaməsini yazdılar. Onlardan biri də Daşkəsən rayon Alunitdağ qəsəbə sakini MAXE əsgər Haxverdiyev Novruz Əli oğludur.
Haxverdiyev Novruz Əli oğlu işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərək şəhid olmuşdur. Onun əziz xatirəsi hər zaman qəlbimizdə əbədi yaşayacaqdır.
Allah şəhidimiz Haxverdiyev Novruz Əli oğluna rəhmət eləsin, şəhidimizin yaxınlarına və doğmalarına bütün rayon ictimaiyyəti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Möhtərəm Prezidentimizin cənab İlham Əliyevin dediyi kimi Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Əhəd Abıyev şəhidin atası Əli Haxverdiyevə təqdim edib.
Qeyd edək ki, Novruz Haxverdiyev Vətən müharibəsində itkin düşən hərbçilərdən idi.


DAŞKƏSƏNDƏ ŞƏHİD NOVRUZ HAXVERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB
DAŞKƏSƏNDƏ ŞƏHİD NOVRUZ HAXVERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB
DAŞKƏSƏNDƏ ŞƏHİD NOVRUZ HAXVERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB
DAŞKƏSƏNDƏ ŞƏHİD NOVRUZ HAXVERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB
DAŞKƏSƏNDƏ ŞƏHİD NOVRUZ HAXVERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi