xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar

1-12-2020, 10:13 71 dəfə baxılıb

Rusiya sülhməramlıları Laçında erməni bayrağını çıxardılar


Noyabrın 30-da saat 18:00-da Laçın, Zabux və Sus yaşayış məntəqələrindəki sakinlərin öz evlərini tərk etmə müddəti başa çatıb. Bəzi ailələr bildiriblər ki, onlar qaldıqları yerləri tərk etməyə hazırlaşmırlar. Digər ailələr getməmişdən əvvəl evlərini yandırıblar.
Üçtərəfli bəyanata görə, Laçın rayonu dekabrın 1-dək Azərbaycana verilməlidir. Laçının qaulyayteri Müşeq Alaverdyan əvvəlcə insanların təhlükəsizlik baxımından evlərini tərk etdiklərini söyləmişdi. Ancaq bu gün məlumat alınıb ki, Rusiyanın sülhməramlı kontingentinin şəxsi heyətinə xidmət etmək üçün 200 nəfər Laçında qalmalıdır.

"Ölkə.Az" xəbər verir ki, jurnalist Arman Qəribyanın Laçından Ermənistanın lragir.am. nəşrinə verdiyi məlumatda belə deyilir.

Azərbaycan qoşunları gecəyarısı rayon ərazisinə daxil oldu.

"Dünən administrasiyanın başçısı mənə demişdi ki, insanlar qalır, amma bu gün o, artıq yerindədir, kəndlərə gedir ki, insanların onları tərk etdiklərinə əmin olsun. Mən administrasiya aparatının başçısı David Davtyanla görüşdüm, dedi ki, dünən onların naziri burada olub və deyib ki, həmin icmaların üçü ermənilərin nəzarəti altında qalır. Amma bu gün səhər onlara həmin nazirlikdən zəng edib deyiblər ki, saat 18:00-dək əhali icmaları tərk etməlidir. Laçında yalnız 200 nəfər xidmətçi-işçi kimi qala bilər. Bu insanların siyahısını Rusiya sülhməramlıları verib ki, onlar üçün buraxılış yazsınlar", - deyə o bildirib.

Arman Qəribyanın sözlərinə görə, administrasiyada azərbaycanlıların icmalara nə vaxt gələcəyini bilmirlər: "Administrasiyanın əməkdaşları deyirlər ki, azərbaycanlılar rayona daxil olana qədər onlar burada qalacaqlar".

"Zabuxda evə qayıtmaq ümidi ilə onları yandırmırlar. Laçında isə evlər yandırılıb. Administrasiya rəhbəri deyir ki, Laçında çoxuşaqlı ailələr var və onlar getməkdən imtina edirlər, çünki getməyə yerləri yoxdur, gözləyirlər ki, azərbaycanlılar gəlsinlər, görsünlər necə olacaq", - deyə o vurğulayıb.

Berdzorda əsasən Ermənistan sakinləri yaşadıqlarına görə, onlar yenidən Ermənistana qayıdırlar.

"Ruslar artıq gəlib Laçın meriyasından erməni bayrağını çıxarıblar və qaulyayterə veriblər. Deyirlər ki, kimlərsə qala bilər, çünki ruslara xidmət edən briqada lazımdır", - deyə o qeyd edib.(Virtualaz.org)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi