xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Yolun harasında olsa da məsuliyyətin önündə: Məzahir Səlimovun rəhbərliyi ilə 54 saylı Xocalı Yol İstismar İdarəsində keyfiyyət və etibar əsasdır

17-06-2025, 12:39 39 dəfə baxılıb

Yolun harasında olsa da məsuliyyətin önündə: Məzahir Səlimovun rəhbərliyi ilə 54 saylı Xocalı Yol İstismar İdarəsində keyfiyyət və etibar əsasdır


Yol infrastrukturu bir ölkənin inkişaf göstəriciləri arasında xüsusi yer tutur. Bu sahədə peşəkarlıq, məsuliyyət və uzaqgörənlik tələb olunur. 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov isə bu tələblərin hər birini öz fəaliyyətində əks etdirən nümunəvi bir rəhbərdir. Onun rəhbərliyi altında idarə, regionun yol infrastrukturu ilə bağlı bir çox irimiqyaslı işlərə imza atmış və bu sahədə davamlı inkişafa nail olmuşdur.

Yol idarəçiliyində dəqiq sistem, peşəkar yanaşma
Məzahir Səlimov uzun illərdir ki, yol istismarı sahəsində qazandığı təcrübə və bacarıqla idarənin fəaliyyətini yalnız cari texniki işlərlə deyil, həm də strateji baxışla yönəldir. O, idarə etdiyi kollektivin hər bir üzvünə qarşı həm tələbkar, həm də ədalətli münasibəti ilə tanınır. Bu yanaşma idarədə intizamlı iş mühitinin formalaşmasına və kollektivin yüksək peşəkarlıqla fəaliyyət göstərməsinə şərait yaradır.

Yollar yalnız fiziki deyil, həm də sosial bağlantıdır
Xocalı rayonunun müxtəlif kəndlərini və yaşayış məntəqələrini birləşdirən yolların daim işlək vəziyyətdə saxlanılması Məzahir Səlimovun diqqət mərkəzindədir. O, yolların yalnız asfalt örtüyü ilə deyil, insanların rifahı və təhlükəsizliyi ilə ölçüldüyünü dərk edir. Hər bir təmir və yenidənqurma işində bu anlayış əsas götürülür. Elə bu səbəbdəndir ki, idarə tərəfindən görülən işlər sakinlərin məmnuniyyəti və etimadı ilə qarşılanır.

Təhlükəsizlik və ekoloji məsuliyyət ön plandadır
Məzahir Səlimov yol istismarının təkcə texniki deyil, həm də ekoloji məsuliyyət daşıdığını düşünür. Yol təmizliyi, yağış sularının axıdılması sistemlərinin fəaliyyəti, təbii şəraitin pozulmaması kimi detallara da xüsusi diqqət yetirilir. Bu yanaşma onun idarəçilik fəlsəfəsinin kompleks, gələcəyə hesablanmış və davamlı inkişaf yönümlü olduğunu göstərir.

Sadə rəhbər, nümunəvi vətəndaş
Məzahir Səlimovun sadəliyi, vətəndaşlarla ünsiyyətdə səmimi və anlayışlı münasibəti onu həm rəhbər, həm də insan olaraq fərqləndirir. Onun qapısı daim açıqdır – təkcə əməkdaşları üçün deyil, həm də istənilən vətəndaş üçün. Əldə etdiyi uğurları göstərməkdənsə, daim yeni hədəflərə doğru addımlayır, özünü daha çox əməli işlərlə tanıtmağı üstün tutur.

54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov - Qurtuluş məfkurəsi qüdrətli Azərbaycanın tərəqqi yolu və Zəfər zirvəsinin əsasıdır. Müstəqil Azərbaycanın əldə etdiyi misilsiz uğurlar ilk növbədə müdrik və qətiyyətli lider amili ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunmuş, dövlətçilik ənənələri möhkəmləndirilmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın müasir və güclü dövlətə çevrilməsində həlledici rol oynamışdır.


1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan hakimiyyətdə olan səriştəsiz qüvvələrin uğursuz fəaliyyəti nəticəsində siyasi böhran vəziyyətinə düşmüşdü. Dövlət institutları və hüquq-mühafizə orqanlarının funksionallığını, vətəndaşların təhlükəsizliyi təmin edilə bilməmişdi. Ölkədə siyasi xaos hökm sürür, mərkəzi hakimiyyətin zəifləməsi getdikcə daha aydın şəkildə hiss olunurdu. İqtisadiyyat çökmüş, inflyasiya nəzarətdən çıxmış, insanların gündəlik ehtiyaclarını ödəmək imkanları məhdudlaşmışdı. Sosial narazılıq kütləvi etirazlara səbəb olur, cəmiyyətdə etimadsızlıq dərinləşirdi. Belə bir şəraitdə silahlı dəstələrin özbaşına fəaliyyət göstərməsi və regionlarda separatçılıq meyillərinin güclənməsi ölkənin parçalanması təhlükəsini artırmışdı.
Bu mürəkkəb və gərgin şəraitdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü daha da geniş vüsət aldı. Qarabağ və onun ətrafındakı rayonlar işğal edildi, nəticədə Azərbaycanın ərazi bütövlüyü pozuldu. İşğal nəticəsində minlərlə insan həyatını itirdi, bir milyondan artıq insan ev-eşiyindən didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində dinc əhalinin hüquqları kobud şəkildə pozuldu, humanitar fəlakət baş verdi. Ölkə daxilində isə silahlı qarşıdurmaların baş verməsi dövlət orqanlarının nəzarəti itirdiyini nümayiş etdirmişdi. Dövlət orqanları aparatının fəaliyyətsizliyi xalq arasında ümidsizlik yaratmış, beləliklə vətəndaşlar gələcəyə inamını itirmişdi.
Belə ağır və taleyüklü bir mərhələdə xalq öz xilaskarını yalnız Ulu Öndər Heydər Əliyevin timsalında görürdü. Cəmiyyətin bütün təbəqələrində Ümummilli Liderin nüfuzu, siyasi təcrübəsi və dövlətçilik bacarığına inam formalaşmışdı. İnsanlar dərk edirdi ki, dərin zəkaya, strateji düşüncəyə və möhkəm iradəyə sahib bir lider ölkəni bu xaosdan xilas edə bilər. Heydər Əliyevin xalqla səmimi münasibəti, problemləri dərindən bilməsi və çıxış yollarını aydın şəkildə görməsi Ona olan etimadı daha da artırırdı. Xalq qurtuluşun Heydər Əliyevin hakimiyyətə qayıdışında olduğunu qətiyyətlə ifadə edirdi.
1993-cü ilin iyununda Naxçıvanda siyasi fəaliyyət göstərən Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya dəvət olundu və dahi lider 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Müasir Azərbaycan tarixində15 İyun - Milli Qurtuluş Günü adlanan bu əlamətdar hadisə ölkəmizin dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlətçiliyin xilası mümkün oldu. Qısa müddətdə sabitlik bərpa olundu, dövlət idarəetməsi yenidən quruldu, kompleks islahatlara start verildi. Nəticədə 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyəti Ümummilli Liderin lehinə səs verərək ölkənin taleyini etibarlı əllərə tapşırdı.
Həmin dövrdə qarşıda duran əsas vəzifələrdən biri cəbhədəki gərginliyə son qoymaq idi. Heydər Əliyev münaqişənin diplomatik yolla həlli üçün siyasi iradə göstərdi və danışıqlar nəticəsində 1994-cü il mayın 12-də atəşkəs razılaşması imzalandı. Bu razılaşma ilk baxışdan yalnız müharibənin dayandırılması məqsədi daşısa da, əslində dövlət quruculuğu və iqtisadi dirçəliş üçün sabitlik mühiti yaratdı. Atəşkəs gələcəkdə Azərbaycan tərəfinin beynəlxalq arenada mövqelərini gücləndirməsi, hərbi potensialını artırması və diplomatik təşəbbüslər irəli sürməsi üçün strateji fürsətlər təqdim etdi.
Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin güclü orduya malik olmasının vacibliyini vurğulayırdı. Onun rəhbərliyi ilə ölkədə vahid ordu komandanlığı formalaşdırıldı, hərbi təhsil sistemi bərpa edildi. Peşəkar zabit korpusu yaradıldı, orduya çağırış və xidmət sistemi müasirləşdirildi. Bu tədbirlər nəticəsində ordu quruculuğunun təməli qoyuldu, gələcəkdə müasir, intizamlı və döyüş qabiliyyətli Azərbaycan Ordusunun formalaşmasına zəmin yaradıldı. Bu prosesin nəticələri Zəfər yolunun başlanğıcı oldu.



Dahi şəxsiyyət Heydər Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiyanın əsas nailiyyətlərindən biri də 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” oldu. Bu müqavilə Xəzərin zəngin neft ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün beynəlxalq enerji şirkətləri ilə imzalanmış strateji sənəd idi. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dirçəlməsində, enerji sektoruna xarici sərmayənin cəlb olunmasında və ölkənin qlobal enerji xəritəsində mühüm mövqe tutmasında əsaslı rol oynadı. Beləliklə, ölkəmizin siyasi müstəqilliyi də möhkəmləndi, yeni nəqliyyat və infrastruktur layihələrinin reallaşmasına imkan yarandı.
Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının ilk Konstitusiyası hüquqi dövlət quruculuğunun əsasını təşkil etdi. Konstitusiya vətəndaş hüquq və azadlıqlarının təminatçısı oldu, idarəetmədə demokratik dəyərləri təsbit etdi və hüquqi islahatlara möhkəm əsas yaratdı. Yeni Konstitusiya bazasında qanunvericilik aktları təkmilləşdirildi, məhkəmə-hüquq sistemində mütərəqqi dəyişikliklər həyata keçirildi. Hüquqi dövlətin əsas prinsipləri - qanunun aliliyi, hakimiyyət bölgüsü və vətəndaş iştirakçılığı bu sənədin mahiyyətində öz əksini tapdı.
Dahi şəxsiyyət Heydər Əliyev sistemli, uzunmüddətli və strateji xarakterli dövlət quruculuğu siyasəti həyata keçirdi. Onun rəhbərliyi ilə iqtisadiyyat bazar mexanizmlərinə uyğunlaşdırıldı, özəlləşdirmə proqramları qəbul edildi, xarici sərmayə üçün əlverişli şərait yaradıldı. Dövlət orqanlarında struktur islahatları aparıldı, vətəndaş cəmiyyəti institutları inkişaf etməyə başladı.
Ulu Öndərin xarici siyasət kursu milli maraqlara əsaslanan, təhlükəsizliyi və əməkdaşlığı təmin edən çoxşaxəli bir strategiya idi. Heydər Əliyev qarşılıqlı hörmət əsasında tərəfdaşlıq siyasəti yürüdərək Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasını və etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin etdi. Ölkəmiz regional və qlobal məsələlərdə fəal iştirak edərək Cənubi Qafqazda mühüm aktora çevrildi.



Ulu Öndər Heydər Əliyev gələcəyə hesablanmış siyasi kurs müəyyən etmiş, ölkənin inkişaf trayektoriyasını düzgün formalaşdırmışdı. Onun siyasi irsi, müstəqillik və dövlətçilik fəlsəfəsi bu gün də aktualdır. Bu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq tərəqqi yolunda inkişafını inamla davam etdirdi. Qüdrətli – davamlı iqtisadi inkişafa, mühüm hərbi potensiala və yüksək beynəlxalq nüfuza malik Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə şanlı ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında yalnız bir tarixi hadisə deyil, həm də dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsi kimi mühüm önəm kəbs edir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri nəticəsində Azərbaycan tənəzzüldən çıxaraq müstəqil və güclü dövlətə çevrilib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan bu gün nəinki regionda, bütövlükdə dünyada nüfuzlu aktor kimi mövqeyini möhkəmləndirib. Xalq-iqtidar birliyi sayəsində milli maraqlar təmin olunur və dövlətin suverenliyi qətiyyətlə qorunur.
Heç şübhəsiz, Heydər Əliyev yolu müstəqil, qalib və qüdrətli Azərbaycana yeni qələbələr bəxş edəcək - qarşıdakı dönəm də ölkəmizin davamlı uğurları və milli gücünün daha da artması ilə əlamətdar olacaqdır. Ulu Öndərin əbədiyaşar ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını layiqincə doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən Qalib Lider – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni möhtəşəm uğurlar qazandıracaqdır.

4 il əvvəl – 2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki qardaş ölkənin Lideri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki türk dövlətinin siyasi gücünün və həmrəyliyinin simvoluna çevrildi.

Yüz il əvvəl imzalanan Qars müqaviləsinin məntiqi sonluğu kimi də səciyyələndirə bildiyimiz Şuşa Bəyannaməsi müstəqil Azərbaycanın və Türkiyənin XXI əsrdəki yeni siyasi taleyinin rəmzidir. 100 il sonra Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları Türk birliyinin simvoludur.

Şuşa Bəyannaməsi bir millət, iki dövlətin möhtəşəm nüfuz və sarsılmaz qüdrətinin geosiyasi obrazını dünyaya nümayiş etdirməklə, Azərbaycan-Türkiyə münasibətlərində tamamilə yeni səhifə açdı. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın və Türkiyənin siyasi həyatında olduqca əlamətdar və qürurverici gün olan bu tarixi hadisə xalqlarımızın böyük öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün kəlamlarının öz əksini tapmaqla əcdadlara sadiqliyi nümayiş etdirdi.

Şuşa Bəyannaməsi təsdiq edir ki, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü Azərbaycanın gücüdür. Bəyannamənin imzalanmasından sonra Prezidentlərin birgə bəyanatlarında səsləndirilən fikirlər çox mühüm siyasi məzmun kəsb etməklə dünya ictimaiyyətinə ünvanlanan açıq mesajlar kimi yadda qaldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, qədim Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır.

Bəyannamə, eyni zamanda, II Qarabağ müharibəsində sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu o deməkdir ki, zəfərdən sonra Azərbaycan və Türkiyənin razılığı və iştirakı olmadan regionda heç proses və ya layihə baş tuta bilməz.

Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, bölgədə başlanmış yeni dövrü və həqiqətləri hər kəs görməlidir, Azərbaycan xalqının Zəfərini qəbul edərək gələcəyə baxmalı, bütün tərəflər üçün yaranmış yeni əməkdaşlıq imkanlarından yararlanmağa çalışmalıdır. Eyni zamanda, Ermənistan ona xoş niyyətlə uzadılan əli geri çevirməməli, gələcəyi naminə yaranan fürsətdən yaxşı istifadə etməlidir.

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb ki, onlardan ən mühümü hərbi-müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətidir. Hərbi mübadilələrin və qarşılıqlı hərbi yardımların intesivləşdirilməsi, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı tərəflərin hərbi qüdrətini artırmaqdadır. Vətən müharibəsində böyük rol oynayan pilotsuz uçuş aparatlarının yeni nəslinin mübadiləsi, habelə ən modern müasir döyüş texnikalarının iki dövlətin silahlı qüvvələrinin arsenalında yer alması və digər birgə səylərin gücləndirilməsi hərbi təhlükəsizliyinin möhkəmləndirilməsində də prinsipial məzmun kəsb edir.

Bu, həm də Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olacağı halda, bir-birini qorumaq üçün birgə addımların atılması qətiyyətinin ifadə edilməsidir. Yeri gəlmişkən, Bəyannamə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına da açıq mesaj kimi qəbul edilməlidir.

Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələrinin zirvəyə çatdırılması, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və digər sahələrdə əsl inkişaf modelinin formalaşmasını əks etdirir. Ələlxüsus da, iki qardaşın birgə iradəsi sayəsində qlobal enerji təhlükəsizliyinin, Avropanın enerji təminatının açarı olan Cənub Qaz Dəhlizinin dayanıqlılığının möhkəmlənməsi, trans-nəqliyyat və logistika qovşaqlarının yaradılması üçün də çox böyük önəm daşıyır.

Bəyannamədə ən strateji əhəmiyyət kəsb edən bəndlərdən biri regionun nəqliyyat-logistika xəritəsini dəyişən Azərbaycan və Türkiyənin qətiyyəti ilə reallaşan Orta Dəhlzin Asiya və Avropa arasında fasiləsiz nəqliyyat və ticarət bağlantısına çevrilməsidir. Bəyanatda bu dəhlizin növbəti məntəqəsi olacaq Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapması isə bir daha II Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsi olduğunu təsdiqləyir. Zəngəzur dəhlizinin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisi sayəsində isə qlobal nəqliyyat arteriyasının qollarının daha da genişlənəcəyinin anonsunu verir, Azərbaycan və Türkiyənin beynəlxalq nəqliyyat dəhlizlərinin Orta-Mərkəzi xəttinə çevriləcəyini şərtləndirir.

Bəyannamə, həmçinin hər iki dövlətin iqtisadi qüdrətinin artması üçün çoxşaxəli sinerji hesab edilə bilər. Əsas məramlardan biri əraziyə yeni sərmayə qoyuluşu prosesinin stimullaşdırılması, regionun artan investisiya potensialının hərəkətə gətirilməsi, habelə iqtisadi-ticari dövriyyəni ən yüksək həddə ‒ 15 milyard dollara çatdırmaqdır.

Müttəfiqlik hədəfləri üzrə müəyyən edilmiş siyasi, iqtisadi, sosial, humanitar konsepsiya isə təkcə iki qardaş dövlətin deyil, eyni zamanda, türkdilli xalqların və islam dünyasının maraq və mənafeyinə, həmçinin digər region ölkələrinin rifahı və həmrəyliyinə xidmət edir. Şuşa Bəyannaməsi məram və ideya baxımından ümümbəşəridir, sülh və əməkdaşlıq çağırışlarının möhtəşəm manifestidir.

Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət ilə bağlı müddəa da yer alıb ki, bu da tərəflərin xarici siyasət sahəsində əlaqələndirmə və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələr həyata keçirilməsi sayəsində birgə milli maraq və mənafelərinin qorunmasını təmin edir.

Şuşa Bəyannaməsi bölgədə ənənəvi humanitar tədbirlərin keçirilməsi üçün möhkəm təməl qoyub və orada davamlı olaraq beynəlxalq konfrans, forum və toplantılar keçirilir. Belə ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir”, 2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə”, 2024-cü ilin iyunun 15-də isə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzularında beynəlxalq konfranslar keçirilib.

Şuşa Bəyannaməsi həm də Türk dünyasının sıx inteqrasiyasını təmin edən və güclü siyasi zəmin yaradan mühüm saziş kimi də dəyərləndirilə bilər. Məhz bu tarixi sənədin imzalanmasından üç il sonra, 2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatlarına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının yekununda daha mühüm bir saziş - Qarabağ Bəyannaməsi imzalandı. Bununla da Azərbaycan və Türkiyənin əsasını qoyduğu möhkəm bünövrə üzərində Türk dövlətlərinin regional və qlobal genişşaxəli fəaliyyəti üçün yeni hüquqi status və öhdəliklər müəyyənləşdirildi.

Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin regionun lider dövlətləri kimi dünyanın müasir geosiyasi və geoiqtisadi mühitində yerini və rolunu müəyyənləşdirməklə strateji hədəflərə doğru irəliləməsində möhkəm və dayanıqlı platforma rolunu oynamaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi