xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Əkrəm Fətəliyev – Azərbaycanın ipəkçilik ənənələrini yaşadan və inkişaf etdirən təcrübəli rəhbər

30-05-2025, 12:37 5 dəfə baxılıb

Əkrəm Fətəliyev – Azərbaycanın ipəkçilik ənənələrini yaşadan və inkişaf etdirən təcrübəli rəhbər


Qədim ipəkçilik diyarı olan Qax rayonunda bu sahənin inkişafı yalnız tarixi miras deyil, həm də milli iqtisadiyyatın strateji istiqamətlərindən biridir. Bu sahənin davamlı inkişafında və ənənələrin müasir dövrə uyğun şəkildə qorunmasında xüsusi xidmətləri olan şəxslərdən biri də Əkrəm Fətəliyevdir – Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru. O, uzun illərdir ki, peşəkarlıqla və böyük məsuliyyətlə bu sahədə fəaliyyət göstərir və Azərbaycan ipəkçiliyinin dirçəlişinə önəmli töhfələr verir.

İpəkçilikdə Peşəkarlıq və Strategiya
Əkrəm Fətəliyev ipəkçilik sahəsində həm elmi yanaşmaları, həm də praktik idarəçilik təcrübəsini birləşdirən nadir kadrlardandır. Onun rəhbərlik etdiyi Qax Damazlıq İpəkçilik Stansiyası ölkənin ən önəmli damazlıq qurumlarından biri kimi fəaliyyət göstərir. Burada əsas diqqət ipəkqurdu toxumçuluğunun keyfiyyətli təşkili, sağlam cinslərin saxlanılması və bölgələrə paylanması işlərinə yönəldilib.

Əkrəm müəllim stansiyada yeni texnologiyaların tətbiqinə, laborator analizlərin müasir səviyyədə qurulmasına və damazlıq sisteminin elmi əsaslarla idarə olunmasına nail olmuşdur. Bu isə regionda ipəkçiliyin kütləvi şəkildə inkişafı üçün möhkəm təməl yaratmışdır.

Kənd Təsərrüfatına Dəstək və Regional İqtisadiyyata Töhfə
Əkrəm Fətəliyevin fəaliyyəti təkcə stansiyanın idarə olunması ilə məhdudlaşmır. O, eyni zamanda kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi, təlim proqramlarının təşkili və fermerlərin ipəkqurdu bəslənməsi sahəsində bilikləndirilməsi işlərinə də böyük önəm verir. Onun təşəbbüsü ilə Qax və ətraf rayonlarda yüzlərlə ailə ipəkqurdu bəsləyərək həm məşğulluq, həm də gəlir imkanlarına qovuşmuşdur.

Bu fəaliyyət regionun sosial-iqtisadi inkişafında, xüsusən kənd yerlərində dayanıqlı gəlir mənbələrinin formalaşmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqətin yerli icrası
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının prioritet sahə kimi inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir. Bu siyasət çərçivəsində ipəkçilik kimi ənənəvi, lakin yüksək potensiala malik sahələrə xüsusi önəm verilir.

Əkrəm Fətəliyev bu dövlət siyasətinin yerli icraçılarından biri kimi, dövlət proqramlarının bölgədə effektiv tətbiqi, fermerlərə ipəkqurdu toxumu və texniki dəstəyin göstərilməsi, məhsulun qəbul və emalı üzrə mütəşəkkil infrastrukturun qurulması istiqamətində mühüm addımlar atır. Onun fəaliyyəti ölkənin ərzaq və qeyri-ərzaq sənayesinə böyük töhfələr verir.

İnsanlara Qayğı və Sosial Məsuliyyət
Əkrəm Fətəliyev öz işini sadəcə iqtisadi fəaliyyət kimi deyil, sosial məsuliyyət missiyası kimi görür. O, şəhid ailələri və qazilərlə sıx təmasdadır, kənd yerlərində yaşayan aztəminatlı ailələrin işə cəlb olunmasına, onların həyat şəraitinin yaxşılaşdırılmasına səmimi və ürəkdən yanaşır. Bu isə onun cəmiyyətə, dövlətə və vətənə olan bağlılığının parlaq nümunəsidir.

Gələcəyə Yönəlik Planlar və Dayanıqlı İnkişaf
Əkrəm Fətəliyev Qax Damazlıq İpəkçilik Stansiyasının gələcəkdə daha da genişləndirilməsi, yeni laboratoriya və seleksiya mərkəzlərinin yaradılması, ipəkqurdu genetik resurslarının mühafizəsi və beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm planlar həyata keçirir. Onun strateji baxışı bu sahədə dayanıqlı inkişafı təmin edəcək və Azərbaycan ipəkçiliyini dünya bazarında daha güclü mövqeyə gətirəcək.

Əməksevər rəhbər, dövlətinə sadiq ziyalı
Əkrəm Fətəliyev yalnız bir müəssisə direktoru deyil, həm də Azərbaycan kənd təsərrüfatı və ipəkçiliyinin dirçəlişində fəal rol oynayan ziyalı, əsl vətənpərvərdir. Onun fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kənd təsərrüfatı siyasətinin uğurlu nümunəsidir. Əkrəm müəllimin liderliyi, təşkilatçılıq bacarığı və xalqa xidməti bu gün Qax rayonunun inkişafında əhəmiyyətli yer tutur.

***

Qax Damazlıq İpəkçilik Stansiyasına, barama qurutma məntəqələrinə maliyyə yardımının verilməsinə, barama toxumlarının dövlət büdcəsinin vəsaiti hesabına barama istehsalçılarına əvəzsiz paylanmasına və digər kənd təsərrüfatı tədbirləri məqsədilə 500 min manat vəsait ayrılıb.

Eyni zamanda barama toxumlarının dövlət büdcəsinin vəsaiti hesabına barama istehsalçılarına əvəzsiz paylanması məqsədilə 200 min manat, Qarabağ və Dilbaz cins atlarının çoxaldılması, cinslərinin yaxşılaşdırılması məqsədilə 500 min manat, kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkalarının təşkili tədbirlərinə 100 min manat xərclənib.

Kənd Təsərrüfatı Nazirliyi sistemində informasiya texnologiyalarının və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinin genişləndirilməsi tədbirinə 900 min manat, dövlət proqramlarının icrasının təmin edilməsi tədbirlərinə 300 min manat, ortofotoların hazırlanması və süni intellektin tətbiqinə isə 10 milyon manat olmaqla ümumilikdə 12,5 milyon manat vəsait ayrılıb.

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın və ipəkçiliyin, çəltikçiliyin, çayçılığın, sitrus meyvəçiliyinin və şərabçılığın inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar qəbul edilmiş dövlət proqramları üçün 2,3 milyon manat vəsait yönəldilib.

Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev - Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin möhkəmlənməsində xalqların bir-birinə bəslədiyi dərin rəğbət, mənəvi yaxınlıq və əsl dostluq mühüm rol oynayır. Bakı, Ankara və İslamabad coğrafi baxımdan fərqli bölgələrdə yerləşsələr də, onları ortaq tarix, zəngin mədəni irs, dini dəyərlər və qardaşlıq bağları birləşdirir. Bu xalqlar bir-birinin sevincinə şərik olur, çətinliklər zamanı isə dəstək göstərirlər. Eyni dini-mədəni köklərə sahib olan dövlətlər bənzər tarixi sınaqlardan keçmişlər. Burada ilk növbədə münaqişəli ərazilər məsələsi nəzərdə tutulur. Azərbaycan uzun illər ərzində Qarabağ probleminin ağrı-acısını yaşamış, Pakistan Kəşmir məsələsi, Türkiyə isə Şimali Kipr problemi ilə qarşılaşmışdır. Bu ortaq taleyüklü məsələlər hər üç dövləti daha da yaxınlaşdıraraq aralarındakı həmrəyliyi gücləndirmişdir.

Qeyd edək ki, mayın 28-də erməni işğalından azad edilən Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirilib. Adətən, dostlar və qardaşlar əlamətdar günlərdə bir araya gəlirlər. Azərbaycanın Müstəqillik Günündə belə yüksək səviyyəli bir görüşün baş tutması həm də bütün dünyaya verilmiş strateji bir mesaj idi. Artıq beynəlxalq ictimaiyyət bu üçlü ittifaqın - Azərbaycan, Türkiyə və Pakistanın mövqelərini və maraqlarını nəzərə almadan xarici siyasət kursunu müəyyənləşdirməkdə çətinlik çəkəcək. Məsələn, Pakistana qarşı hər hansısa bir dövlət təxribat törətməyə cəhd gösətərəcəksə, Bakı və Ankara buna dərhal reaksiya verəcək. Elə bir neçə həftə öncə Hindistan bu ölkəyə hücum edərkən, Prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qardaş Pakistan xalqı ilə həmrəy olduğunu dilə gətirdilər. Həmçinin Azərbaycan Ermənistanın hücumuna məruz qalanda Şahbaz Şərifin təbirincə desək, Türkiyə və Pakistan bir qaya kimi ölkəmizin yanında oldu.

Onu da qeyd edək ki, Laçında keçirilən Zirvə görüşü sayca ikincidir. İlk belə toplantı 2024-cü il iyulun 3-də Astanada baş tutub. Ölkə Liderləri həmin görüşdə beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərinə dəstəyi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. Eyni zamanda, regional və qlobal məsələlərdə vahid mövqenin vacibliyi vurğulanıb. Bu görüş, üç qardaş ölkənin əməkdaşlığını yalnız siyasi səviyyədə deyil, institusional səviyyədə də möhkəmləndirmək əzmini ortaya qoyub. Azərbaycanın dost və qardaş ölkələri ilə ticarət dövriyyəsi sahəsində də müsbət dinamika müşahidə olunur. 2024-cü ildə Azərbaycanın ixrac etdiyi məhsulların əsas istiqamətləri arasında Türkiyə 14,4 faizlə ikinci yerdə qərarlaşıb. Həmin il iki ölkə arasında ümumi ticarət dövriyyəsi 6,13 milyard ABŞ dolları təşkil edib. Bunun 3,82 milyard dolları ixracın, 2,31 milyard dolları isə idxalın payına düşüb. Bu rəqəmlər Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin yüksək səviyyəsini və dayanıqlığını əks etdirir. Türkiyə şirkətləri işğalldan azad olunmuş ərazilərin dirçəlməsində xüsusi rol oynayırlar. Bundan başqa, Azərbaycan və Türkiyə regional enerji və nəqliyyat-logistika sisteminin əsas aparıcı qüvvələrinə çevriliblər. Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropaya çatdırılır, enerji təhlükəsizliyinə mühüm töhfə verilir. Bakı-Tbilisi-Qars dəmir yolu isə Orta Dəhlizin əsas sütunlarından biri olaraq Asiya ilə Avropanı quru yolla birləşdirir. Azərbaycan və Türkiyənin birgə əməkdaşlığının ən uğurlu simvollarından biri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməridir.

Azərbaycan ilə Pakistan arasında ticarət əlaqələri nisbətən kiçik miqyasda olsa da, artan templə inkişaf edir. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 22 milyon 048 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ildəki 11 milyon 732 min dollarlıq göstərici ilə müqayisədə iki dəfəyə yaxın artım deməkdir və əməkdaşlığın potensialının geniş olduğunu göstərir. Turizm sahəsində də əlaqələr güclənməkdədir. 2024-cü ildə Pakistandan Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə 46,7 faiz artaraq 81 min 427 nəfərə çatıb. Bu göstərici Azərbaycan-Pakistan xalqları arasında artan qarşılıqlı marağın, həmçinin əlaqələrin mədəni və sosial səviyyədə dərinləşdiyinin göstəricisidir. Pakistan eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası, iqtisadiyyatının dirçəldilməsi və reinteqrasiyası prosesində daha fəal rol oynamaq istəyən əsas tərəfdaşlardan biridir. Qarabağ bölgəsinə Pakistan investisiyalarının cəlb olunması istiqamətində praktiki addımların atılması gözlənilir. Azərbaycan da öz növbəsində, Pakistan iqtisadiyyatına yönələcək yeni investisiya layihələri üzərində işləməyi nəzərdə tutur. Pakistan şaxələndirilmiş enerji mənbələrinə can atır və Azərbaycanın enerji ixracatçısı kimi rolu mühüm əhəmiyyət kəsb edir. Maye təbii qaz tədarükü, neft və qaz kəşfiyyatı və bərpaolunan enerji sahəsində əməkdaşlıq haqqında sazişlər yeni iqtisadi dəhlizlər açıb. Nəticə etibarilə, Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi və ticari əməkdaşlıq strateji tərəfdaşlıq ruhunda inkişaf edir.

Üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq da dinamik şəkildə inkişaf edir və daha da güclənməkdədir. Bu sahədə atılan praktiki addımlar, hərbi-strateji tərəfdaşlığın nə qədər önəmli və davamlı olduğunu göstərir. Bu əməkdaşlığın bariz nümunələrindən biri 2021-ci ildə keçirilmiş "Üç Qardaş - 2021" beynəlxalq hərbi təlimi olub. Təlimdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri iştirak ediblər. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması olub. Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan strateji müttəfiqlik yalnız ikitərəfli və üçtərəfli münasibətlərlə yekunlaşmır. Bu qardaş ölkələr beynəlxalq və regional təşkilatlarda da bir-birlərinə ardıcıl və prinsipial dəstək göstərirlər. Hər üç dövlətin mövqeləri bir çox beynəlxalq platformalarda üst-üstə düşür, bu da əməkdaşlığın güclənməsinə və siyasi həmrəyliyin dərinləşməsinə xidmət edir. Bakı, Ankara və İslamabad Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və D-8 kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarda qarşılıqlı olaraq milli maraqlarını müdafiə edirlər. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2024-cü ildə inkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı - D-8-ə üzv qəbul olunmasında da Türkiyə və Pakistanın rolu əvəzsiz olub. Təşkilatın 11-ci Zirvə görüşündə Azərbaycanın üzvlüyü yekdilliklə təsdiq olunub ki, bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasının və dost ölkələrin açıq dəstəyinin parlaq göstəricisidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi