xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Bakıda binalara yeni liftlərin quraşdırılmasına başlanıldı

1-05-2019, 15:12 122 dəfə baxılıb

Bakıda binalara yeni liftlərin quraşdırılmasına başlanıldı

Bakının Nizami rayonunda bəzi binalara yeni liftlər quraşdırılıb.

Primetime.az xəbər verir ki, Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və onun strukturuna daxıl olan “Lifttəmir” İstehsalat Birliyi tərəfindən müvafiq hazırıq işləri görülüb, bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının Wittur Holding GMBH şirkəti ilə danışıqlar aparılmış və artıq müqavilə imzalanmasına hazırlıq işləri başa çatıb.

Paytaxtda çoxmənzilli binalarda liftlərin yeniləri ilə əvəz olunması prossesi ilkin pilot layihə olaraq Bakının Nizami rayonunda həyata keçirilməsi qərara alınıb, artıq liftlərin bir hissəsi Bakıya gətirilib və Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında birinci liftin quraşdırılması həyata keçirilib.

BŞİH-dən bildirilib ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə əvvəllər alınan liftlərə nisbətən daha üstün olmaqla yanaşı qiymət baxımından daha ucuzdur.

Nəzərdə tutulub ki, ilkin mərhələdə pilot layihəsi kimi Nizami rayonundakı çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlər dəyişdiriləcək, daha sonra isə digər rayonlarda da bu işlər aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi