xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur

11-08-2023, 14:03 59 dəfə baxılıb

Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur


Qaradağ Rayon İcra Hakimiyyətində rayonun turizm potensialı müzakirə olundu

Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərovla görüşü baş tutmuşdur.

Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlər geniş müzakirə olunmuşdur.

Qeyd olunub ki, turizm Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir və bu baxımdan bu gün sənaye rayonu olan Qaradağın böyük perspektivləri vardır. Belə ki, qədim İpək Yolunun keçdiyi Qaradağ rayonu tarixi və mədəniyyət abidələrinin məkanı sayılır. Son bir neçə ildə ölkəmizdə böyük turizm infrastrukturu qurulduğundan, bunun nəticəsində dünya turizm bazarında Azərbaycan lüks turizm xidmətləri təklif edən ölkə kimi tanındığından, turizm sahəsinin bundan sonra da inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulanıb.

Görüşdə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən rayonda turizm potensialının aşkarlanması və müvafiq təkliflərin hazırlanması məqsədi ilə yaradılmış monitorinq qrupunun gördüyü işlərdən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması barədə hazırlannmış təkliflər müzakirə olunmuşdur.

Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti ilə Bakı-Abşeron Regional Turizm İdarəsi arasında rayonun turizm sahəsinin inkişafı istiqamətində əməkdaşlıq davam etdiriləcəkdir.

Qaradağ rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi

Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur


Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.2.3 bəndinin (Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi) icrası ilə əlaqədar 09.08.2023-cü il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri, başçının müavinləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbirə aşağıda adları qeyd olunan qonaqlar dəvət olunmuşdular:

Siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP Veteranlar Şurasının üzvü, məhşur 91-lərdən Tahir Məmmədov; Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin keçmiş hərbi müşaviri, ehtiyatda olan tuğgeneral Yucel Karauz; Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Gülbəniz İsmayılzadə; AMEA-nın Dilçilik İnstitunun Toponimiya şöbəsinin müdiri Elçin İsmayılov.

Tədbirdən əvvəl Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra video çarx nümayiş olundu.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqları salamladı, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində bu tədbirin keçirilməsinin mühümlüyünü söylədi: “Milli mənəvi dəyərlərimizə diqqət qayğı göstərən, onlara yüksək qiymət verən Ulu Öndərimiz dilimizin də qorunmasına və inkişafına daim həssaslıqla yanaşmışdır.

Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoymuşdur.

Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul etmişdir. Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı 1995-ci ildə keçirilən müzakirədə Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbayan Respublikasının Dövlət dili kimi təsbit olundu”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP Veteranlar Şurasının üzvü, məhşur 91-lərdən Tahir Məmmədov çıxışında bildirmişdir ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlığının daha bir təzahürüdür. Ölkənin geniş ictimaiyyəti, ziyalılar, eləcə də filoloqlar bu sənədi dilimizin işləkliyi və saflığının təmin edilməsi ilə bağlı son vaxtlar artmaqda olan ictimai narahatlığa dövlət başçısı İlham Əliyevin həssas və tələbkar münasibətinin daha bir təzahürü kimi qarşılamışlar.

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin hərbi müşaviri, orgeneral Yucel Karauz nitqində türk və azərbaycan dillərinin eyni kökə malik olduğunu, qohum dil ailəsinə mənsubluğundan danışdı. Ulu Öndərin “Bir millət iki dövlət” ifadəsini ətraflı şərh etdi. Türk dövlətləri arasında ortaq dil yaranacağına ümidvar olduğunu bildirdi.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Gülbəniz İsmayılzadə milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsi olduğunu qeyd etdi. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir.

AMEA-nın Dilçilik İnstitunun Toponimiya şöbəsinin müdiri Elçin İsmayılov çıxışında bildirmişdir ki, Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır. Xalqımızın milli varlığının ən başlıca əlaməti və daşıyıcısı olan Azərbaycan dilinin qorunub zənginləşdirilməsi uğrunda mübarizə milli istiqlal mücadiləsinin, dövlətçiliyin dirçəldilməsi və bərpası uğrunda ümumxalq mübarizəsinin ən önəmli cəbhələrindən biri olmuşdur.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirakçılara təşəkkürünü bildirərək tədbiri yekunladı.

Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur
Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur
Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur
Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur


Vətən üçün canından keçən qəhrəman övlad unudulmur
Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur

Bu gün 09.08.2023-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günüdür.
Məmmədov Pərviz Ələddin oğlu 09.08.1989-cu il tarixində Tovuz rayonu,Çeşməli kəndində anadan olmuşdur.Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçmüşdür. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak etmişdir və Fizuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə 30.09.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn olunmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda” medallı ilə təltif olunmuşdur.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstəsi qoymuşdur.
Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur
Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur
Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur
Süleyman Mikayılov: Vətən üçün canından keçən qəhrəman övlad unudulmur






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi