xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 

52 Cinayət Şübhəlisi və Axtarışda Olan 133 Nəfər Saxlanıldı

Bugün, 10:42 1 dəfə baxılıb

52 Cinayət Şübhəlisi və Axtarışda Olan 133 Nəfər Saxlanıldı


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 31-də polis əməkdaşları tərəfindən ölkə ərazisində keçirilən əməliyyat və profilaktik tədbirlər nəticəsində bir sıra cinayətlərin açılması, axtarışda olan şəxslərin saxlanılması, itkin düşmüş şəxslərin tapılması, eləcə də qanunsuz silah-sursat və narkotik vasitələrlə bağlı faktların müəyyənləşdirilməsi təmin edilib.

Gün ərzində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan isə 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb. Müxtəlif səbəblərdən axtarışda olan ümumilikdə 133 nəfər müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. Onlardan 96-sı borclu şəxs qismində axtarışda olub.

Keçirilən tədbirlər zamanı narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı isə 4 fakt müəyyən olunub. Bundan başqa, dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Polis əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışda olan 13 nəfərin də yeri müəyyən edilib və onlar aidiyyəti üzrə təhvil verilib.

Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında həyata keçirilən tədbirlər zamanı 3 tüfəng, 2 patron darağı və 8786 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkarlığa qarşı mübarizə, axtarışda olan şəxslərin müəyyənləşdirilməsi, eləcə də qanunsuz saxlanılan odlu silah və sursatların aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi