xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 12:04 – Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR 

İllərlə sınaqdan keçmiş “Sumqayıt-Çörək” ATSC hər zaman sizə xidmət göstərməkdən məmnundur

18-08-2023, 12:20 44 dəfə baxılıb

İllərlə sınaqdan keçmiş “Sumqayıt-Çörək” ATSC hər zaman sizə xidmət göstərməkdən məmnundur


Bizim çörəklər məhz belə sevgi, təmizlik və evdəki qədər dadlı hazırlanır. İllərlə sınaqdan keçmiş “Sumqayıt-Çörək” ATSC hər zaman sizə xidmət göstərməkdən məmnundur.

“Sumqayıt-Çörək” ATSC-nin öz işinə dəqiq və vicdanlı yanaşması ən əsas misiyalarındandır. Artıq uzun illərdi ki, bizim müxtəlif növ çörəklərimiz sizin masanızın ayrılmaz təamıdır. Alın və dadından zövq alın.

“Sumqayıt-Çörək” ATSC -nin direktoru Tofiq Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Tofiq Hüseynovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Tofiq Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Sumqayıt-Çörək” ATSC -nin direktoru Tofiq HüseynovA biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“Sumqayıt-Çörək” ATSC -nin direktoru Tofiq Hüseynov - Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistan isə bu prosesə maneə yaradır. Öz havadarlarına, erməni lobbisinə güvənən Ermənistan, Qarabağdakı “cinayətkar-xunta rejimi”, hərbi separatçıları davamlı olaraq siyasi, hərbi təxribatlar törədir, Azərbaycana qarşı şər- böhtan kampaniyaları aparır. Və bu aksiyanın ən kulminasiya nöqtəsi BMT TŞ-da keçirilən iclas oldu. BMT TŞ-nın 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın belə bir iclasın keçirilməsinə nail olması nə məntiqə, nə beynəlxalq hüquqa sığmır. Qeyd etmək lazımdır ki, bu iclasda heç bir sənəd qəbul olunmadı. Əksinə, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycana qarşı haqsız rəy formalaşdırmaq istəyən Ermənistan öz qazdığı quyuya özü düşdü. Burada mən Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq istərdim. O hər zaman vurğulayır ki, “bizim siyasətimiz, addımlarımız, qərarlarımız məntiqlidir, ardıcıldır”. Ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artır, dostları çoxalır. Vətən müharibəsində şanlı Qələbə çalan Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı, son geosiyasi və hərbi proseslər fonunda isə onun bölgədəki, hətta dünyadakı rolu dəyişdi. Bu gün Azərbaycan qlobal təşəbbüslər irəli sürən, sülh və təhlükəsizliyə, ədalətə və bərabərliyə mühüm töhfələr verən bir ölkədir. Və bu reallığı beynəlxalq ictimaiyyət yaxşı dərk edir. Eyni zamanda, Azərbaycan hər zaman beynəlxalq hüquq norma və prinsiplərə uyğun davranır. Bütün səviyyələrdə haqlı mübarizəsini ləyaqətlə aparır. Heç bir zorakılıq olmadan, böhtan, yalan olmadan!
İllərlə sınaqdan keçmiş “Sumqayıt-Çörək” ATSC hər zaman sizə xidmət göstərməkdən məmnundur

Bu baxımdan BMT TŞ-da dünən keçirilən iclas bizim fikirlərimizi bir daha sübut edir. Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyev çoxəhatəli, faktlara əsaslanan çıxışı ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə edib: Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır.

İclasda çıxış edən üzvlərin ortaq fikirləri “regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır” – oldu. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin nümayəndəsi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyinə diqqət çəkdi və fikirlər səsləndirdi. Beləliklə, BMT TŞ-nın iclasından heç bir nəticə ala bilməyən Ermənistan daha bir dəfə fiaskoya uğradı. Azərbaycan isə bir daha öz ədalətli və haqlı mövqeyini Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, faktlara əsaslanan çıxışı ilə bir daha beynəlxalq tribunadan ifadə elədi. Həmçinin, Ağdam-Xankəndi yolunun açılması üçün beynəlxalq ictimai rəyi bir qədər də möhkəmləndirdi. Xatırladaq ki, avqustun 16-da Azərbaycanda fəaliyyət göstərən akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələri (45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi) Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmuşdular. Elə müzakirələr zamanı Azərbaycanın "Ağdam-Xankəndi" yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının vacibliyi bir daha qeyd olundu.
İllərlə sınaqdan keçmiş “Sumqayıt-Çörək” ATSC hər zaman sizə xidmət göstərməkdən məmnundur


Bundan əlavə, Laçın dəhlizində quraşdırılan Sərhəd Nəzarət Buraxılış Məntəqəsinin fəaliyyətinə qarşı ermənilərin və onların havadarlarının apardığı təbliğat nəticəsiz qaldı. Digər mühüm məqam isə Beynəlxalq Qızıl Xaçın regionda siyasi aktora çevrilməsi məsələsinin gündəmə gətirilməsi oldu. Azərbaycan nümayəndəsi öz çıxışında, vurğuladı ki, “Ermənistan BQXK-nin vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməklə, presendentsiz addım atıb. BQXK Komitənin humanitar mandatına və nüfuzuna ciddi zərbə vuran bu faktı etiraf etməyə məcbur olub. Ermənistan BQXK-nin Bakıda yerləşən beynəlxalq tibb işçilərinin Xankəndiyə göndərilməsini qəbul etməyib. Bu təklif BQXK-nin tibbi evakuasiyalarını asanlaşdırmaq və tibbi məsələlərin yerində həllinə kömək etmək çərçivəsində irəli sürülüb və Azərbaycan tərəfindən dəstəklənib. Ermənistanın BQXK-dən siyasi məqsədləri üçün sui-istifadə etməsi də açıq şəkildə göstərir ki, beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur, bunun əvəzinə məqsəd manipulyasiya etmək üçün daha çox alət əldə etməkdir”. Bütün bu faktlar isə Azərbaycan bu qurum qarşısında qəti şərtlər qoymasına real zəmin yaradır. Azərbaycan qalib olmasına baxmayaraq, özü müharibədən sonra iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif etmişdir. Bunu həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət unutmamalıdır. Bütün ağrı-acılara, öz doğma yurdlarından məcburi köçkün düşmələrinə, erməni işğalçıları tərəfindən işgəncələrə məruz qalmalarına, erməni faşizminin törətdiyi humanitar və ekoloji cinayətlərə baxmayaraq Azərbaycan münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edibdir. Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin taleyinə gəldikdə isə, onlar Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Bütün bunlarla yanaşı, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaq bizim haqqımızdır.


İllərlə sınaqdan keçmiş “Sumqayıt-Çörək” ATSC hər zaman sizə xidmət göstərməkdən məmnundur






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi