xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb

14-08-2020, 12:52 171 dəfə baxılıb

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb


Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb.

Bəyanatda deyilir: "Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb.

Şuşa Azərbaycan üçün böyuk tarixi və mənəvi əhəmiyyətə malik bir şəhərdir və onun əsasının qoyulmasının 270 illiyi ərəfəsində işğalçı Ermənistanın növbəti təxribat cəhdini pisləyirik.

Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. Bir müddət öncə Şuşanın Yuxarı Gövhər Ağa Məscidinin arxitekturasının təhrif edilərək “İran məscidi”, rus kilsəsinin təhrif olunaraq “erməni kilsəsi” kimi qələmə verilməsi də bu qəbildən olan təxribatlardan idi.
Bundan başqa, Ermənistan rəhbərliyi bir neçə ay əvvəl Şuşada qondarma “inaqurasiya” şousu təşkil etmişdi.

Mütəmadi xarakter almış belə addımlar münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır.

Ermənistanın bu kimi təxribatçı və azğın əməlləri heç vaxt bizim öz ata-baba yurdlarımıza qayıtmaq əzmimizi qıra bilməyəcək.

Dağlıq Qarabağın etnik təmizləməyə məruz qalmış azərbaycanlı icması torpaqlarımıza qayıdaraq Azərbaycan Respublikasının suverenliyinin təcəssümü olan qurumları təşkil edəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi