xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Türkiyədə 9 serial birdən final edir

23-04-2019, 21:13 146 dəfə baxılıb

Türkiyədə 9 serial birdən final edir



Türkiyənin məşhur serialları bu sezon tamaşaçılarla vidalaşacaq. “xezerinformasiya.com” xəbər verir ki, kifayət qədər reytinqi olan layihələr bu mövsüm final edəcək. Onlardan biri Show TV-də yayımlanan “Gülperi”dir. Səs-küylü layihə 30 mayda efirlə sağollaşacaq.

“Med Yapım” tərəfindən ərsəyə gələn “Kızım” serialı da bu mövsüm final edəcək. İddia olunur ki, şirkət 2010-ci ildə baş rolu Cansu Derenin canlandıracağı yeni serial çəkəcək. Bundan əlavə, “Med Yapım”ın digər ekran işi olan “Bizim Hikaye” də ekranlarla vidalaşır. Layihənin sonuncu, 72-ci bölümü mayın 30-da efirdə yayımlanacaq.Rəsmi açıqlama olmasa da, Kanal D-də yayımlanan “Çoçuklar Duymasın”da bu mövsüm final edəcək. 30 may günü sonuncu bölümü yayımlanan ekran işlərindən biri də “Çarpışma”dır.

“Ay Yapım” tərəfindən çəkilən reytinqli layihə bir sezonluq nəzərdə tutulduğu üçün tamaşaçılarla vidalaşır.

Tarixi layihə olan “Diriliş Ertuğrul”da 2019-da bitəcək seriallar arasındadır. Bu barədə baş qəhrəman Engin Altan Düzyatan açıqlama verib. O, ekran işinin bu sezon bitəcəyini, gələn mövsüm “Diriliş Osman” adlı layihənin başlayacağını qeyd edib.Həmçinin, “İstanbullu gelin”, “Jet sosyete”, “Kuzgun”da final edəcək

Türkiyədə 9 serial birdən final edir


Türkiyədə 9 serial birdən final edir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi