xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Vladimir Putin: “Azərbaycanla münasibətlər uğurla inkişaf edir”

4-10-2019, 11:04 50 dəfə baxılıb

Vladimir Putin: “Azərbaycanla münasibətlər uğurla inkişaf edir”

“Bu dəfə biz Soçidə beynəlxalq siyasi diskussiya klubu çərçivəsində görüşürük. Tədbir ilk dəfə Valdayda keçirildiyinə görə biz onu “Valday klubu” adlandırırıq. Görüşümüzün əvvəlində qeyd etmək istərdim ki, Sizi görməyə çox şadam. Biz çoxdandır ki, görüşməmişik. Lakin şəxsi görüşlərimizdə, əlaqələrimizdə fasilə olmasına baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir”.

“Report” Kremlin saytına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı deyib.

Rusiyanın dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr möhkəmlənir: “Keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir.

Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var. Ümidvaram ki, bu gün biz bütün bunlara nail olacağıq. Ümid edirəm ki, Siz bu maraqlı ümumi diskussiyada iştirak edəcəksiniz”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi