xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Koronavirusu 8-15 dəqiqəyə aşkarlayan test hazırlandı

3-02-2020, 08:53 48 dəfə baxılıb

Koronavirusu 8-15 dəqiqəyə aşkarlayan test hazırlandı


Dünyada böyük təşvişə səbəb olan yeni virus-koronavirusu cəmi 8-15 dəqiqəyə aşkarlayan test hazırlanıb.

Bu, virusun yayıldığı Çində baş verib.

Sürətli analiz edə bilən test dəstlərinin ilk partiyası virusun yayıldığı Hubey əyalətində artıq istifadə olunur. Koronavirusun növünü təyin edən sürətli test Jiangsu əyalətinin Usi şəhərində hazırlanıb. Test yüksək həssaslığa malikdir, istifadəsi asandır və daşınması rahatdır.

Virusun sürətli analizi üçün müvafiq test dəsti yüksək texnologiya şirkətlərindən biri ilə birlikdə Virus Xəstəliklərinə Nəzarət və Qarşısının alınması üzrə Milli İnstitutun mütəxəssisləri tərəfindən hazırlanıb. Artıq testin istehsalına başlanıb. İndiki mərhələdə test gündə 4 min nəfərdə analiz aparmağa imkan verir.

Məlumatlara görə, yanvarın 29-da Rusiyanın Çinin Quancjhou şəhərindəki Baş Konsulluğu Rusiyanın yeni virusun genini köçürdüyünü və bunun əsasında rus alimlərinin iki saat ərzində insan orqanizmindəki virusu müəyyən edə biləcək sürətli testlər hazırladığını açıqlayıb. /E-tibb.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi