xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO

27-01-2020, 11:20 58 dəfə baxılıb

Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO


Çinin Vuhan şəhərində yayılan və 30-a yaxın insanın ölümünə səbəb olan koronavirusun ortaya çıxması ilə bağlı versiyalar analiz edilib.

Yeni tip koronavirus Kəskin Tənəffüs Yolu Sindromu (SARS-CoV) və Yaxın Şərq Tənəffüs Çatışmazlığı Sindromu (MERS-CoV) ilə eyni mənbədən gəlir. Bu iki sindromda da virusun qaynağı yarasadır. Lakin onun insana keçməsi üçün “vasitəçi” heyvan lazımdır.

Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO


“Tibbi Virusologiya” jurnalında yayımlanan araşdırmada yeni virusun qaynağının yarasa ola biləcəyi ehtimalı üzərində dayanılıb. Lakin koronavirusun insana keçməzdən əvvəl mutasiyaya uğraması ehtimal edilir. Araşdırmaçılar bu nöqtədə yeni virusun biri yarasadan yoluxmuş iki koronavirusun birləşməsi ola biləcəyini iddia edir.

ƏN BÖYÜK EHTİMAL – İLAN

Çinin Pekin Universiteti Səhiyyə Elmləri Mərkəzindən olan Vey Ci ilə Pekin, Nanninq, Ninqbo və Vuhan şəhərindən olan tədqiqatçılar virusa yoluxanlardan götürdükləri gen nümunələrindən yola çıxaraq müəyyən etdikləri genetik kodu fərqli növdə heyvanlardan alınan 217 koronavirusla qarşılaşdırıb. Araşdırmaçılar “2019-nCoV”dakı protein kodlarının daha çox Çində yaşayan 2 ilan növünün daşıdığı koronaviruslarla oxşarlıq təşkil etdiyini ortaya çıxarıb. Araşdırmanın nəticəsi virusun ilandan keçmiş ola biləcəyinə işarə verir.

Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO


İlanların Vuhan şəhərində virusun ortaya çıxdığı düşünülən dəniz məhsulları bazarında satılması virusun əvvəlcə yarasadan ilana, onlardan da insanlara yoluxması ehtimalını ağıla gətirir.

Buna baxmayaraq, Pekindəki Zoologiya İnstitutunun araşdırmaçısı Cinq Ayxua virusun qaynağı ilə bağlı olaraq təkcə genetik kodlaşdırmadakı oxşarlıqların bəs edəcək dəlil olmadığını söyləyib.

Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO


Qeyd edək ki, ortaya çıxdığı yerin adı verilən “Vuhan virusu” nəfəsalma, asqırıq və öskürək zamanı hava yolu ilə keçir. İlkin simptomları yüksək temperatur, boğaz ağrısı, öskürək, nəfəs çatışmazlığı və ishaldır. Bir müddət sonra sətəlcəm və böyrək çatışmazlığına səbəb olur. Ölüm riski yüksəkdir.

Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO


Epidemiya HonqKonq, Tayvan, ABŞ, Yaponiya, Sinqapur, Cənubi Koreya və Tailandda yayılıb. /Publika.az/

Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO
Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO
Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO
Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO
Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO
Çindən dünyaya yayılan virusun səbəbi ortaya çıxdı: Dəhşətli detallar – FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi