xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Arzuca adlı yeni Lahiyə

30-04-2019, 11:19 81 dəfə baxılıb

Arzuca adlı yeni Lahiyə



Jurnalist, ssenarist, Bakı Uşaq Teatrının ədəbi hissə müdiri Arzu Soltan “Arzuca” adlı yeni layihəyə start verib. Layihənin məqsədi bəşəri mövzularda olan ən müxtəlif poeziya nümunələri əsasında ədəbi-bədii kompozisiyalar, videoçarxlar hazırlayıb ictimaiyyətə təqdim etməklə incəsənətə xidmət etməkdir.

Bununla yanaşı, layihə gənc istedadları dəstəkləmək, onların öz yaradıcılıq imkanlarını təqdim etməsinə yardım etmək niyyəti güdür.

Layihəyə indiyə qədər gənc istedadlar Yusif Rüstəmov, Cəlal Baba, Ədalət Ağaverdizadə cəlb olunub. Bakı Uşaq Teatrının bazasında hazırlanan məhsulların ərsəyə gəlməsində teatrın əməkdaşları da yaxından kömək edir. Teatrın aktyoru Rauf Hüseynli layihədə səs rejissoru kimi çıxış edir.

2019-cu ulin Azərbaycanda və bütün türk dünyasında İmadəddin Nəsimi ili kimi qeyd olunması münasibətilə layihə çərçivəsində ilk iş məhz böyük mütəfəkkirə həsr olunub. Belə ki, İmadəddin Nəsimin “Arzular” rədifli iki qəzəli əsasında kompazisiya hazırlanaraq Arzu Soltan (Arzu Bəyim) və Cəlal Baba tərəfindən ifa olunub.
Kompozisiya həm də Bakı Uşaqq Teatrının təşkil etdiyi “Nəsimi ili-Nəsimi dili” festivalında görüntülü olaraq səhnədə nümayiş olunub və Münsiflər Heyəti tərəfindən üçüncü yerə layiq görülüb.

Poeziya nümunələrini öz yozumunda təqdim edən “Arzuca” layihəsinin gənclərin ədəbiyyata, sənətə, şeirə, musiqiyə marağını artıracağına inanırıq.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi