xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

“Vilyam Hacıyev hələ həbs edilməyib” – Əmisi oğlu icra başçısının xanımı və bacısı haqda deyilənlərə cavab verdi

6-05-2020, 14:39 73 dəfə baxılıb

“Vilyam Hacıyev hələ həbs edilməyib” – Əmisi oğlu icra başçısının xanımı və bacısı haqda deyilənlərə cavab verdi


Bəzi saytlar və sosial şəbəkələrdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldığı bildirilən Vilyam Hacıyevin həyat yoldaşı və bacısı haqda dəqiqləşdirlməmiş məlumat yayılıb. Bu məlumatlarda bildirilir ki, Vilyam Hacıyevin özü kimi xanımı və bacısının da adı Azərbaycan mənşəli deyil. İddia olunur ki, icra başçısının həyat yoldaşının adı Cülyettadır və o erməni əsillidir, bacısının adının isə İppoletta olduğu vurğulanır.

Modern.az-ın əməkdaşı deyilənləri dəqiqləşdirmək üçün Vilyam Hacıyevin əmisi oğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə əlaqə saxlayıb.
Gəzən söz-söhbətə aydınlıq gətirən Hafiz Hacıyev deyib ki, bu fikirlər əsassızdır:
“Yıxılana hamı balta çalır. Bütün bu söhbətlər boş və yalandır. Qız-qadın xeylağına böhtan, şər atmaq olmaz. Vilyam Hacıyevin həyat yoldaşının və bacısının adı yazılan kimi deyil”.

H.Hacıyev onu da deyib ki, Vilyam Hacıyev hələ həbs olunmayıb, araşdırma davam edir və o da hamı kimi nəticəni gözləyir.

Qeyd edək ki, dünən bütün ölkə KİV-ləri DTX-nın İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi, bir qrup vəzifəli şəxsin saxlanıldığı barədə xəbər yayıb. Bu xəbərlərlə bağlı hələ ki rəsmi açıqlama verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi