14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam
13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
Avtomobil salonunda yanğın - Video
Bugün, 10:06
0 dəfə baxılıb
Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verib.
“Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200 kv.m. olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin ofis otağında baş vermiş yanğın genişlənməsinə, o cümlədən avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 15 kv.m. olan otağın yanar konstruksiyaları yanıb, salonda yerləşən “BMW” markalı minik avtomobilinin arxa bamperi və işığı deformasiya edib.
Obyektin böyük hissəsi və içərisində park edilmiş avtomobillər yanğından mühafizə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: