14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA
14:46 – İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi
13:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi - VİDEO
16-07-2026, 10:09
4 dəfə baxılıb
Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində hotel kimi fəaliyyət göstərən obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300kv.m. olan saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən, hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində tüstülənmiş binanı tərk edə bilməyən hotelin qonaqları təxliyə olunub. Xəsarət alan olmayıb.
Yanğın nəticəsində saunanın taxta konstruksiyadan ibarət buxar otağı 10kv.m. sahədə yanıb.
Saunanın böyük hissəsi və otel binası yanğından mühafizə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: