xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Polis mayorunun başına 10 min qoyan şəxslə bağlı - Açıqlama

3-10-2019, 13:00 83 dəfə baxılıb

Polis mayorunun başına 10 min qoyan şəxslə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “facebook” sosial şəbəkəsində “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qeyd olunan polis əməkdaşının öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.

Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin xarakterinə görə dövlət və cəmiyyətin mənafeyinə qəsd etməsini, işin xüsusiyyətləri, ibtidai araşdırmanın maraqları nəzərə alınmaqla cinayət təqibinin səmərəliliyini, eləcə də iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi