Yusif Yusibov: Universitetdə təhsilin daha da inkişaf etdirilməsi məqsədi ilə yeni Tədris Deportamenti yaradılacaq
19-02-2020, 15:39
437 dəfə baxılıb
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə ali təhsildə keyfiyyətin yaradılmasına, idarə edilməsinə və proqnozlaşdırılmasına, eləcə də keyfiyyətin qorunub saxlanmasında vacib amillərdən olan universitetdə əmək şəraitinin və daxili intizamın təşkilinə həsr olunan Elmi Şuranın 2020-ci il üçün ilk iclası keçirilmişdir.
İclasda prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri, həmçinin tədrisin keyfiyyətinə nəzarət və universitetdaxili nizam-intizamın təşkilinə məsul komissiyaların üzvləri iştirak etmişlər.
İlk olaraq rektor professor Yusif Yusibov İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənova texnika elmləri üzrə, iqtisadiyyat-idarəetmə fakültəsinin müəllimi Fuad Abbasova iqtisad elmləri üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş fəlsəfə doktoru diplomlarını təqdim etmiş, Elmi Şura üzvləri adından onlalara can sağlığı və elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.
Elmi Şuranı açan rektor Yusif Yusibov bildirmişdir ki, təhsilin inkişafı istənilən cəmiyyətdə ictimai-siyasi, sosial-iqtisadi sabitliyin təmin edilməsində və geniş mənada uğurlar əldə olunmasında mühüm rol oynayır. “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir”. Müasir dövrümüzdə universitetlərin cəmiyyət və dövlət qarşısında məsuliyyət və öhdəlikləri ölkənin inkişaf səviyyəsinə, dövrün elmi-texniki tərəqqisinə, qloballaşan dünyanın təbiətinə və tendensiyalarına uyğun olaraq artır. Bir sözlə universitetlər ölkənin gələcək inkişafının təməl prinsiplərini hazırlayan elmi-tədqiqat və təhsil müəssisələridir. Bu səbəbdəndir ki, bir çox ölkələr universitetlərinin inkişafına starteji məsələ kimi baxırlar. Qloballaşma prosesləri və bu fonda ölkələrin inkişafında universitetlərin rolu qlobal rəqabətə davamlılığı və inkişafı təmin edən, yeni tip universitetlərin yaradılmasını zəruri edir. Bu baxımdan hazırda bizim də qarşımızda böyük vəzifələr dayanır. Hazırda normativlər toplusunun təkmilləşdirilməsi, təhsildə yeni məzmunun əldə edilməsi, təlim texnologiyalarının və tədris vasitələrinin yeniləşdirilməsi, ali təhsil müəssisəsinin strukturunun və idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, universitet və fakültə Elmi Şuralarının fəaliyyətinin yenidən təşkili, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin səmərliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının müasir tələblərə uyğun qurulması, yeni maliyyələşmə siyasətinin hazırlanıb həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır.
Daha sonra 2019-2020-ci tədris ilində əldə olunan nəticələr və qarşıda duran məsələlərə dair tədris işləri üzrə prorektor, dosent Fəxrəddin Məmmədov müəllimlərin və gənc kadrların dərsə hazırlıq səviyyəsi, mühazirə və seminar dərslərində müəllimlərin tətbiq etdiyi interaktiv təlim metodları, texnologiyaları və tədris vasitələri, həmçinin qış semestr imtahanlarının yekunu, elm və innovasiyalar üzrə prorektor Pervin Kərimzadə universitetin professor-müəllim heyətinin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri və yerinə yetiriləcək elmi-tədqiqat işləri, tematik planları haqqında ətraflı məlumat vermişlər.
Sonra rektor Yusif Yusibov prorektorların, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, eləcə də tədrisin keyfiyyətinə nəzarət komissiyalarının rəhbərlərinin və monitorinq qrupu üzvlərinin universitetdə dərslərin və nizam-intizamın təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələr arasında məmnuniyyətin təmin edilməsi ilə bağlı görülməsi vacib olan məsələlərlə bağlı tapşırıqlar vermişdir.
Elmi Şuranın sonunda iqtisad elmləri doktoru Arzu Həsənov menecment və turizm işi kafedrasında, biologiya elmləri doktoru Vəfa Məmmədova anatomiya, fiziologiya və zoologiya kafedrasında boş olan professor yerinə, filologiya üzrə fəlsəfə doktoru Aygün Əliyeva fransız dili kafedrasında, tarix üzrə fəlsəfə doktoru Gülarə Əliyeva Azərbaycan tarixi kafedrasında, aqrar elmlər üzrə fəlsəfə doktoru Zərifə Tağıyeva botanika kafedrasında boş olan dosent yerlərinə seçilmələrinə dair vəsatətləri səsə qoyularaq qəbul edilmişdir.
*********************************
Bu gün də Gəncə Dövlət Universitetinin çoxminlik kollektivi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında sərəncamından irəli gələn vəzifələri həyata keçirmək üçün Təhsil Nazirliyinin apardığı islahatlarda və həyata keçirdiyi layihələrdə fəal iştirak edir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün fəaliyyətini davam etdirir.
Hazırda normativlər toplusunun təkmilləşdirilməsi, təhsildə yeni məzmunun əldə edilməsi, təlim texnologiyalarının və tədris vasitələrinin yeniləşdirilməsi, ali təhsil müəssisəsinin strukturunun və idarəolunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, universitet və fakültə Elmi Şuralarının fəaliyyətinin yenidən təşkili, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin səmərliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının müasir tələblərə uyğun qurulması, yeni maliyyələşmə siyasətinin hazırlanıb həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır.
Belə ki, universitetdə təhsilin daha da inkişaf etdirilməsi məqsədi ilə yeni Tədris Deportamenti yaradılacaq.
Yeni tədris ili respublikamızın qərb bölgəsinin ən qocaman, böyük və nüfuzlu ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti üçün yüksək göstəricilərlə başlayıb. Belə ki, bu təhsil ocağına daxil olan tələbələrin sayı bu il müstəqillik dövründəki bütün illərlə müqayisədə ən yüksək həddə çatıb. Ötən il Gəncə Dövlət Universiteti qəbul planının yerinə yetirilməsinə görə respublikanın bütün universitetləri arasında 2-ci və 3-cü yerləri bölüşüb. Bu ilki qəbul planının yerinə yetirilməsinə görə isə Təhsil Nazirliyi tabeliyindəki ali məktəbləri arasında ilkin sıraya yüksəlib. Həmçinin yüksək balla daxil olan tələbələrin sayına görə də bu ali təhsil müəssisəsində yüksək nəticələr qeydə alınıb. Belə ki, bu il GDU-ya 500-dən yüksək balla daxil olanların sayı 92 nəfər, 600-dən yüksək bal toplayan gənclərin sayı isə 4 nəfər olub. Həmçinin Gəncə Dövlət Universitetində qeydə alınmış bu göstəricilərin region universitetləri arasında ən yüksək göstərici olduğu diqqətə çatdırılıb.
Professor Yusif Yusibov bildirib ki, bu il universitetin professor – müəllim və tələbə heyəti üçün iki əlamətdar hadisə ilə daha da yaddaqalan olacaq.
Belə ki, Ölkə Başçısı tərəfindən universitetin kitabxana və tələbə şəhərciyinin yenidənqurulması üçün 8 milyon manat vəsait ayrılıb. Təxminən üç aydan sonra Gəncə Dövlət Universitetinin yeni kitabxana və yataqxanaları istifadəyə veriləcək.
Son illər GDU-nun elmdə və təhsildə böyük uğurlar əldə etdiyini qeyd edən rektor Yusif Yusibov bildirib ki, indi əsas məsələ qazanılmış müsbət nəticələri inkişaf etdirmək və daha yeni nailiyyətlər əldə etməkdir.
Rektorun məqsədyönlü fəaliyyəti nəticəsində Gəncə Dövlət Universiteti böyük uğurlara imza atmaqdadır
Hazırda Yusif Yusifovun gərgin əməyi nəticəsində GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Rektorun mobil telefonu və emaili bütün tələbələrdə var, tələbələr istənilən anda rektorla əlaqə saxlaya bilir, onun Facebook sosial şəbəkəsindəki səhifəsinə yaza bilirlər. Onu da qeyd etmək lazımdır ki, universitetdə bütün imtahanlar test üsulu ilə kompyuter vasitəsi ilə aparılır, bu da imtahanlarda hər hansı bir müdaxilənin qarşısını alır, tələbələrin aldığı qiymət dərhal testlər cavalandırılarkən məlum olur, kimsənin buraya müdaxiləsi imkansızdır. Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işləri - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR