xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Fərhad Həsənov: Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır

1-02-2021, 10:14 215 dəfə baxılıb

Fərhad Həsənov: Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır


Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov - Dövlət tibb müəssisələri “Əhalinin sağlamlığının qorunması haqqında” qanun və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq fəaliyyət göstərir. Dövlət tibb müəssisələrinin fəaliyyətinin əsas məqsədi əhalinin sağlamlığının qorunması, bu sahədə vətəndaşlarının hüquqlarının təmin edilməsindən ibarətdir. Müəssisələr tərəfindən əhaliyə müxtəlif növ tibbi xidmətlər göstərilir.

Səhiyyənin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illər Azərbaycanda bütün sahələr dinamik inkişaf edir. Bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir.

Fərhad Həsənov: Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır


Ümumiyyətlə, beynəlxalq ekspertlər də qeyd edir ki, ölkəmizdə səhiyyənin güclü maddi-texniki bazası yaradılıb. Kifayət qədər səriştəli, savadlı kadr potensialı formalaşıb. Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır.

Eyni zamanda, səhiyyənin həm dövlət, həm də özəl sektoru inkişaf edir. Ölkəmizin bütün regioanlarında müasir tibb ocaqları fəaliyyətdədir və tibb xidmət göstərmək üçün həm kadr potensialı, həm də maddi-texniki baza var. Bu il həmçinin, Azərbaycan Tibb Universtitetinin rezidentura mərhələsini bitirən tələbələrin artıq yüksək hazırlıqlı həkim kadrlar kimi cəmiyyətə xidmət etməsinin şahidi olacağıq. Bu, tibb sahəsində kadr hazırlığının yeni mərhələsinin həyata qədəm qoymasından xəbər verir. Şübhəsiz ki, səhiyyə inkişaf etdikcə, yeni texnologiyalar, yeni münasibətlər meydana çıxdıqca onun hüquqi bazasının da təkmilləşməsinə ehtiyac yaranır. Bu baxımdan, parlamentin Səhiyyə komitəsi zərurət yarandıqca yeni qanun layihələrini hazırlayıb müzakirələrə təqdim edəcək. 2020-ci il bütün dünyada səhiyyə işçilərinin ili oldu desək yanılmarıq. Çünki Koronavirus (COVID-19) pandemiyası bütün dünyada səhiyyə sahəsinin nə qədər vacib və bu sahədə çalışan savadlı insanların ölkələr üçün nə qədər dəyərli olduğunu bilavasitə önə çıxardı. Bütün dünyada texnologiya və elmin inkişaf etməsinə baxmayaraq COVID-19 səhiyyə sahəsində çox geniş işlərin görülməsini və insanın təbiət qarşısında hələ də aciz qaldığını sübüt etdi. Biz bəşəriyyətin heç bir zaman görmədiyi inkişafı yaşadığımızı böyük fərəhlə ansaq da, bu xəstəlik bizim özümüzlə qürrələndiyimizə tələsdiyimizi göstərdi. Çünki illərdir bütün dünyanın yaratdığı hər bir şeyi bu xəstəliyin necə iflic etdiyini hamımız şahidi olduq. Bizi işimizdən, təhsilimizdən, hədəflərimizdən və hətda bir-birimizdən uzaqlaşdırdı… Bizi düşündürdü…

Fərhad Həsənov: Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır


Lakin pandemiya bütün dünya ölkələrində ən çox səhiyyə sistemlərinin hansı vəziyyətdə olduğunu nümayiş etdirdi. Dünyanın supergücə sahib və çox inkişaf etmiş ölkələri belə bir həftədə 10 minlərlə xəstələri qəbul edib onları müalicə etməkdə çox çətinlik çəkdilər. Xəstəliyin dərmanı və ya bu xəstəliyə qarşı vaksindən hələ demirəm… Azərbaycan dərman bitkiləri ilə zəngin regiondur. Dərman bitkiləri faktiki istifadəsizdir və biz bu potensialdan istifadə etmirik. Nəzərə alsaq ki, dünyada ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, bu potensialdan səmərəli istifadə etməliyik. Kimyəvi dərmanlar onlardan həm keyfiyyətinə görə geri qalır, həm də kimyəvi dərmanların əlavə təsirləri olur. İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlardan istifadə olunması daha məsləhətlidir. Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə, bir çox iqtisadi, sosial, siyasi səmərəsi ola bilər. Həmçinin ölkəmizin bitki potensialından istifadə olunacaq. Yaxşı dərmanlar istehsal edən müəssisələr qura bilsək, xaricə də dərman ixrac edə bilərik, bu da ölkəyə əlavə valyuta gətirəcək. Artıq bu istiqamətdə işlər görülür, danışıqlar aparılır. Yəqin ki, ilkin olaraq tanınmış xarici şirkətlərlə iş qurulacaq. Hesab edirəm ki, biz bu hədəfimizə də nail olacağıq. Çünki dərman istehsalı ölkəmiz üçün böyük önəm daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi