xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

“Bu iş saat 10-da bitir, qalan terrorçular öldürüləcək”

22-10-2019, 13:43 42 dəfə baxılıb

“Bu iş saat 10-da bitir, qalan terrorçular öldürüləcək”

Rəsmi Ankara ilə Vaşinqtonun əldə etdiyi razılaşmaya əsasən, YPG terror qruplaşmasının üzvlərinin sərhəd təhlükəsizlik zonasını tərk etmələri üçün verilmiş 120 saatlıq vaxt bu gün Türkiyə vaxtilə saat 22:00-da bitir.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, bu məqamda təhlükəsizlik orqanları bəyanat yayıblar. Bildirilib ki,anlaşma 17 oktyabr saat 22:00-da qüvvəyə minib və əlavə vaxt verilməyəcək.

“Konkret şəkildə ifadə etdik. Saat 22:00-da bu iş bitəcək. Əgər hələ terrorçular qalıbsa, məhv ediləcəklər”, - deyə məlumatda vurğulanıb.

Həmçinin qeyd olunub ki, indiyə qədər 125 avtomobil Suriyanın şimalından çıxarılıb. Lakin nə qədər terrorçunun təhlükəsizlik zonasını tərk etdiyi ilə bağlı dəqiq rəqəm yoxdur.

“Bütün bölgədə 440 kilometrlik ərazidə 10-15 min terrorçunun olduğu təxmin edilir. Bu gün saat 22:00 etibarilə Tel Əbyad-Rəsulayn xəttinin, yəni 120 kilometrlik ərazinin təhlükəsiz zona halına gətirilməsi üçün işlərə başlanılacaq. Hədəf 440 kilometrlik bölgədir”, -deyə bəyanatda ifadə olunub.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin 9-17 oktyabr tarixlərində Suriyanın şimalında apardığı “Sülh Çeşməsi hərəkatı” çərçivəsində 775 terrorçu zərərsizləşdirilib. Türkiyə ordusu 7, Suriya Milli Ordusu 79 şəhid verib. Daha 20 türkiyəli mülki vətəndaş bir neçə şəhərə hava hücumu nəticəsində şəhid olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi