xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Ərdoğandan Merkelə — “Ya biz, ya terrorçular!”

14-10-2019, 09:32 65 dəfə baxılıb

Ərdoğandan Merkelə — “Ya biz, ya terrorçular!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suariyada davam edən “Barış Pınarı” hərbi əməliyyatı haqqında Almaniya Baş naziri Angela Merkellə telefon danışığının detallarını açıqlayıb.
Oxu.az xəbər verir ki, bununla bağlı geniş mətbuat konfransı keçirən ölkə başçısı Merkellə açıq danışdığını və onun qarşsında şərt qoyduğunu qeyd edib.

“Barış Pınarı” əməliyyatları başladıqdan sonra həm ölkəmizdə, həm də beynəlxalq aləmdə kimin harda durduğunu gördük. Bizi iqtisadi və hərbi sanksiyalarla hədələyənlər var.

Merkeldən açıqca soruşdum: Biz sizinlə NATO-da müttəfiq deyilik? Bəlkə terror qruplaşmasını NATO-ya almısınız bizim xəbərimiz yoxdur? Bizim tərəfimizdəsiniz, ya terrorçuların?
Hamınız onların tərəfində yer almısınız. ABŞ terrorçulara 30 yük maşını həcmində silah, sursat yollayır. Biz indi niyə Suriyadayıq? Terroçuların etdikləri bezdirdi artıq.

Bizi kimsə belə hədələrlə, sanksiyalarla yolumuzdan edə bilməz”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, əməliyyatların əsas məqsədi Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan “terror dəhlizini” aradan qaldırmaq, sərhəd bölgəsində başda PKK olmaqla, bütün terror təşkilatlarını məhv etmək, eyni zamanda, yurdundan didərgin düşmüş Suriya xalqını təhlükəsiz şəkildə yenidən ölkəsinə qaytarmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi