xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

“Huawei” şirkəti ABŞ-a görə nə qədə pul itirəcək? — RƏQƏMLƏR

27-08-2019, 10:10 81 dəfə baxılıb

“Huawei” şirkəti ABŞ-a görə nə qədə pul itirəcək? — RƏQƏMLƏR

“Huawei” şirkəti ABŞ sanksiyaları nəticəsində əldə etdiyi vəsait itkilərinə yenidən nəzər salıb.
Technote xəbər verir ki, şirkətin hesablamalarına əsasən Huawei bu il özünün istehlakçı biznesi şöbəsinin ümumi gəlirinin 10 milyard dollarınını itirə bilər.

Qeyd etmək lazımdır ki, istehlakçı biznesinə həmçinin smartfon satışları da daxildir. Bu məsələ barəsində şirkət sədrinin müavini Eric Xu bildirib. Bu barədə Bloomberg saytı xəbər verib.
Onun sözlərinə əsasən bu cür göstərici şirkətin daha öncədən proqnoz etdiyi göstəricidən daha azdır. Belə ki, hələ iyun ayında Huawei şirkətinin yaradıcısı Ren Zhengfei bildirmişdi ki, ABŞ sanksiyaları səbəbilə şirkət yaxın 2 il ərzində satışlarda 30 milyard dollar itirə bilər. “Deyəsən vəsait itkisi əvvəlcədən güman edildiyindən daha az olacaq. Lakin siz gələn ilin mart ayında təqdim ediləcək hesabatları gözləməlisiniz. Heç istisna deyil ki, 10 milyard dollardan daha çox vəsait itirilə bilər” - deyə Eric Xu bildirib.

Buna baxmayaraq şirkət ABŞ məhsullarına alternativ variantlar üzərində aktiv şəkildə çalışır. Bir neçə müddət bundan öncə ABŞ hökuməti şirkətin ABŞ bazarında fəaliyyət göstərməsi üçün daha 90 günlük lisenziya vermişdi. Lakin şirkəti təmsilçisi bunu mənasız adlandırmışdı. Belə ki, şirkət əməkdaşları tam məhdudlaşdırılmış vəziyyətdə çalışmağa hazırdırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi