xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

“Mehman şiş xəstəliyindən əziyyət çəkdiyini dedi, dəstək olarıq dedim” – Fərəc Quliyev

5-02-2020, 11:27 73 dəfə baxılıb

“Mehman şiş xəstəliyindən əziyyət çəkdiyini dedi, dəstək olarıq dedim” – Fərəc Quliyev


31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında baxılacaq.
Bu barədə MSK-dan bildirilib.
MSK-nın iclası saat 16:00-da başlayacaq.
Xatırladaq ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısında Mehman Hüseynova pul təklif olunur.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev mətbuat vasitəsilə seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirib. O, səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib:
“Mehman Hüseynovdan vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin), ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona konsentrasiyanı pozma, nəticə nə olur olsun (labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim”. /bakupost.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi