xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB

28-12-2019, 12:18 64 dəfə baxılıb

YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB


Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın deputatlığa namizədlərini təsdiq edib.

YAP 125 seçki dairəsindən ikisində namizəd irəli sürməyib.

Belə ki, hakim partiyanın 3 saylı Babək-Kəngərli-Naxçıvan və 122 Xankəndi seçki dairələrindən namizədi yoxdur.

Qeyd edək ki, 3 saylı seçki dairəsinin beşinci çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev olub. Səttar Möhbalıyev bitərəf deputat olduğundan yenə də həmin dairədən namizədliyini irəli sürüb.

Xankəndi seçki dairəsinin beşinci çağırış Milli Məclisin deputatı isə Flora Qasımova olub. Flora Qasımova 2020-ci il fevralın 9-da keçiriləcək seçkilərə qatılmaqdan imtina edib. Həmin dairədən namizədliyini Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev irəli sürüb.

Ehtimallara görə, YAP-ın bu iki dairədən namizəd irəli sürməməsinin səbəbi məhs adını çəkdiyimiz şəxsləri müdafiə etməsi ilə bağlıdır. Hakim partiya ötən parlament seçkilərində də Səttar Möhbalıyevin və Zeynəb Xanlarovanın deputatlığa namizəd olduğu dairələrdən namizəd irəli sürməmişdi. (modern.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi