"Xırdalan Məktəbində Qanun Pozuntuları: Səlahiyyətsiz Rəhbərlik və Müəmmalı Gedişatlar"
Bildirirəm ki, 30.01.2025-ci ildə Xırdalan şəhər 2 nömrəli məktəbdə birinci yarım ilin yekunları ilə bağlı Pedaqoji Şura iclası keçirilib. İclası giriş sözü ilə məktəbin direktoru Gülnaz Kərimova açıb. Qeyd edim ki, Gülnaz Kərimova Dekabr ayından fevral ayının əvvəlinə kimi seçkidə olduğu üçün onun vəzifəsini müavini, həm də yaxın rəfiqəsi olan Nisə Quliyeva icra edir. Lakin yenə də əvvəlki ampluasında olan Gülnaz Kərimova hələ də bilmir ki, seçkidə olan şəxs heç bir səlahiyyətə malik deyil və onun bütün vəzifə səlahiyyətlərini seçki müddəti icra edən şəxs, yəni Nisə Quliyeva aparmalıdır. Hələ bu harasıdır?
Gülnaz Kərimovanın (şəkildən aydın görünür) solunda və sağında əyləşən müavinləri də Sevinc xanım, Əsli xanım və Gülçin xanım seçkidə olduqları üçün onların da bu Şura iclasında iştirakı qanunsuzdur. Rəhbərliyi bacarmayan birinin bu cür qanun pozuntusuna yol verməsi nə dərəcədə düzgündür? Görəsən bu iclasda danışarkən müəllimlərə irad bildirərkən onlara nəsə düzgün söyləməyə cəsarət edən bu rəhbərlər heç fikirləşdilərmi ki, biz artıq burada qanunsuz olaraq iştirak edirik və nahaq yerə müəllimlərə irad bildiririk. Axı bizim bu cür addımlarımıza kim ixtiyarımız yoxdur. Hansı haqla özümüz qanunsuz yerdə əyləşib digər şəxslərə qanunlardan danışırıq. Hələ mən orada Şahla xanımı demirəm. O Şahla xanım ki direktor müavini kimi heç bir müəllim nə ilə əlaqədar onun müavini kimi apardığı dərsin ibtidai siniflərdə 7.5 manata kitab satışı ilə məşğuldur.
Gülnaz Kərimova hətta seçkidə olduğu müddətdə öz kabinetində əyləşib vətəndaş qəbullarını həyata keçirərək bütün hamıya səs salır ki burda mənəm Bağdadda kor Xəlifə.
Görəsən Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhama Abdullayeva niyə bu xanım haqqında tədbir görmür ki bu məktəbin adı bütün Respublikada “Dillər əzbəri” olub. Bu qədərmi çətindir? Yoxsa başqa maraq var?