xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 17:54 – İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib 
  • 15:10 – Prezident və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 
  • 15:02 – İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir 
  • 12:57 – İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir 

Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir

16-08-2023, 12:49 104 dəfə baxılıb

Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir


Hadrutda “Azərişıq” ASC-nin nümayəndə heyəti 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələri ilə görüş keçirib

Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir


“Azərişıq” ASC-nin təşkilatçılığı ilə paylayıcı şəbəkələrdə 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələrinə hesabat tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə Səhmdar Cəmiyyətin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev açaraq, paylayıcı şəbəkələrdə cari ilin 6 ayı ərzində həyata keçirilmiş islahatlar nəticəsində əldə edilən nailiyyətlər, ictimai, sosial və maarifləndirici fəaliyyət haqqında ümumi məlumatı media nümayəndələrinə təqdim etdi.

“Azərişıq” ASC tərəfindən ölkənin enerji təchizatı sahəsində son yarım ildə görülmüş işlərə dair hesabat filmi nümayiş olunub.

Media nümayəndələrinin iştirak etdiyi görüşdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək, “Azərişıq” ASC-nin gənc mütəxəssislərin təkmilləşdirilməsi, kadr islahatları planından danışıb, ölkədə, əsasən də işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.

Səhmdar Cəmiyyətin Texniki Departament direktoru Vüsal Qənbərov şəbəkələrdə aparılan yenidənqurma və bərpa işlərindən danışaraq, müasir texnologiyaların geniş tətbiqi və təkmilləşdirilməsi, çılpaq naqillərlə çəkilmiş elektrik veriliş xətlərinin tədricən kabel xətlərilə əvəz edilməsi, o cümlədən, şəbəkələrdəki güc mərkəzlərinin rəqəmsal qurğu və avadanlıqlarla təchiz edilməsini xüsusi qeyd edib. Eyni zamanda, ölkədə həyata keçirilən “100 kənd” layihəsi və Qarabağda görülmüş işlər barədə media nümayəndələrinə məlumat verib.

Sonra, “Azərişıq” ASC – nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev 2023-cü ilin 6 ayı ərzində 10.095 milyon kVts elektrik enerjisi alındığını, 140 min ədəd elektrik sayğacının quraşdırıldığını bildirərək, keçən dövrlər ərzində enerji satışı fəaliyyəti üzrə həyata keçirilmiş tədbirlər, əldə olunan nəticələr və cari ilin sonuna olan hədəflər barədə ətraflı şəkildə məlumat verib. Ayrıca, elektrik enerjisinin tələbatında iqlim şərtlərinin bir-başa təsiri olduğunu əks etdirən təhlillər nümayiş etdirilmiş, yekun olaraq isə cari il üçün texniki itklərin maksimum faiz həddinin 8,6 % olacağının proqnozlaşdırıldığı bildirilmişdir.

“Azərişıq” ASC üzrə “Asan Xidmət” vasitəsilə müraciətlərin qəbul edilməsi, emalı və icrası barədə Cəmiyyətin Asan Xidmətlə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov müvafiq məlumatları tədbir iştirakçılarına təqdim etdi.

Bununla yanaşı, İnformasoya Texnologiyaları Departamentinin şöbə rəisi Vüsal İsayev, cari ilin müvafiq dövrü ərzində Elektron Xidmətlər, sms-xəbərdarlıq, rəqəmsal həllər və müasir proqram tətbiqləri barədə media nümayəndələrinə ətraflı məlumat verib, yeni tətbiqlərin istifadə qaydalarını nümayiş etdirib.

Görüşlərin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir
Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir
Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir
Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir
Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir
Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadədir.

"Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Araz Məmmədzadənin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Araz Məmmədzadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə - “Son 20 ilə yaxın dövrün iqtisadi uğurlarına diqqət yetirdikdə dayanıqlı inkişafın təmin edilməsində regionların payının ildən-ilə artdığını böyük əminliklə qeyd edirik. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu “Neft kapitalını insan kapitalına çevirək!”, həmçinin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışları artıq reallıqdır. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən Dövlət Proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına stimul oldu. Artıq cari ildə sayca dördüncü Dövlət Proqramının icrası başa çatır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənən zaman 2004-2018-ci illərdə üç sənədin icra olunması nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə söykənərək regionların inkişafının qarşıdakı dövrdə də inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyuldu. Dördüncü Dövlət proqramının icra olunduğu 2019-2023-cü illərə nəzər salsaq görərik ki, bu mərhələ dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması və son iki ildən artıqdır ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ilə xarakterizə edilir. Ölkəmizdə iqtisadi islahatlar daha da dərinləşdirildi, heç bir sosial layihə təxirə salınmadı. Təbii ki, bu, ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasına, iqtisadi müstəqilliyin təmin edilməsi ilə siyasi mövqeyimizin möhkəmlənməsinə əsaslanır.”
Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir

Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addım oldu: “Azərbaycan bu gün neft strategiyasının uğurlarını yaşayır. Qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı olaraq sürətlə inkişaf etdirilir. Neft-qaz gəlirlərindən əldə edilən vəsaitlərin ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin reallığa çevrilməsinə yönəldilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında, təkmil inkişaf modelinin nümunə göstərilməsində stimulverici amildir. Keçilən yol bu reallığı təsdiqləyir ki, hər bir ölkənin dayanıqlı inkişafı iqtisadi artımın sağlam və tarazlı olmasını təmin etməklə mümkündür. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün regionların inkişafının diqqətdə saxlanılması, yeniləşməsi, təkmilləşməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması və bu proseslə paralel şəkildə soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdır. Qısa zamanda görülən işlərin miqyası, həmçinin soydaşlarımızın qayıdışı Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir. Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir.”

Dövlət başçısı İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, açılışında iştirak etdiyi sosial obyektlərin say tərkibi və mahiyyəti ümumilikdə regionlarımızın inkişaf mənzərəsini nümayiş etdirir: “Bu səfər dövlətimizin başçısının 2021-ci ildə təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasına doğru atılan addımların tərkib hissəsidir. Milli Prioritetlər işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla bütün bölgələrimizin gələcək inkişafı üçün yol xəritəsidir. Digər Dövlət proqramlarında olduğu kimi, Milli Prioritetlərdə də uzunmüddətli dövrdə regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq mühüm vəzifə kimi qeyd edilir. Son 20 ilə yaxın dövrdə bölgələrdə inkişafın paytaxtla tarazlaşdırılması üçün zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi bir daha vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir. Cənab İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi.”
Araz Məmmədzadə: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir

Araz Məmmədzadə böyük qürur hissi ilə diqqəti işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə və soydaşlarımızın Böyük Qayıdış proqramı çərçivəsində dogma yurd-yuvalarına mərhələli şəkildə qayıdışına yönəldib: “Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərinə, Laçın şəhərinə qayıdışın davamı olaraq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə, avqustun 7-də isə Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirdi. Mərhələli şəkildə həyata keçirilən bu qayıdış həm ölkəmizin iqtisadi inkişafının, həm də xalqımızın qurucu xalq olduğunun, ən əsası bu torpaqların sahibinin biz olduğumuzun dünyaya təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu torpaqlarda müasir tələblərə uyğun şərait yaradılır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bütün planlar nəzərdə tutulduğu vaxtdan əvvəl həyata keçirilir.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi