xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

"YouTube"da rekord qıran azərbaycanlılar Rusiyanın ən reytinqli verlişinə dəvət edilib

4-05-2019, 16:23 137 dəfə baxılıb

"YouTube"da rekord qıran azərbaycanlılar Rusiyanın ən reytinqli verlişinə dəvət edilib


Məşhur azərbaycanlı HammAli & Navai dueti ilk dəfə Rusiyanın "Birinci kanal"ının ən reytinqli verlişi olan "Veçerniy Urqant"ın qonağı olub.

beş.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ifaçıların iştirak etdiyi verilişin çarxı layihəsi "YouTube" sosial şəbəkəsindəki rəsmi saytında yayımlanıb.

Onlar verlişin aparıcısı İvan Urqant tərəfindən musiqili qonaqlar kimi şouya dəvət alıblar. Müğənnilər özlərinin "Notlar" hitini ifa ediblər. Artistləri təqdim edən Urqant HammAli & Navaini möhtəşəm duet adlandırıb və onların inanılmaz populyar olduqlarını deyib.

Reperlər HammAli (Aleksandr Əliyev) və Navai (Nəvai Bəkirov) hazırda bütün postsovet məkanında məşhurdurlar. Onlar Azərbaycanda doğulsalar da, Rusiyada yaşayıb işləyirlər.

Bu musiqiçilər geniş ictimaiyyət qarşısına 2017-ci ildə çıxıblar. Onların ilk hiti "Tı moya ximiya" (Sən mənim kimyamsan) olub və Rusiyada ən çox dinlənən mahnıların Top 20-liyinə düşüb
Onların axırıncı hiti olan "Pustiti menya na tanspol" (Məni rəqs meydançasına buraxın) "YouTube"da 90 milyondan çox baxış toplayıb. Verilişdə ifa etdikləri "Notlar"ı isə 66 milyonadək internet istifadəçisi dinləyib.

Qeyd edək ki, HammAli & Navai "YouTube"da ən çox baxış toplayan azərbaycanlı müğənnilərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi