xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Prezident İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıb

28-04-2019, 18:45 183 dəfə baxılıb

Prezident İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıb


Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib.

BEŞ.AZ Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qalibi Valtteri Bottasa ("Mercedes") kuboku və "Mersedes" komandasının nümayəndəsinə Konstruktorlar kubokunu təqdim edib.

İkinci yerin sahibi, "Mercedes"in digər sürücüsü Lyuis Hemiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan "Ferrari" komandasının pilotu Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir - 7,6 metr. Start və finiş xətti "Azadlıq" meydanındadır.

2016-cı ildə "Williams" komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb - 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi