xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

"Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir" — Nazir müavini

16-10-2019, 09:44 78 dəfə baxılıb

"Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir" — Nazir müavini

Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir. Bir insan başqalarının yanında qaydaları pozursa, qarşısındakına "qaydalara əməl et" tələbini qoya bilməz.
Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini qeyd edib ki, neqativ halların olması təhsilə utanc gətirən vəziyyət yaradır:
"Bəlkə də bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olmasının əsas səbəblərindən biri bu neqativ hallardır. Bu barədə nə qədər danışmaq olar? İnsanlara daha necə mesaj vermək lazımdır? Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında da açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan bir neçə məktəb direktoru var. Bu neqativlər təkcə təhsili yox, dövləti də vurur. Çünki başqa sahələrdə işləyən və neqativ hallara yol verən şəxsləri də məktəb yetişdirir. Bu gün cəmiyyətdə korrupsiya hallarını görürüksə, burada təhsilin də günahı var. Dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə biruzə verir. Amma biz bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi