Onlar həyatımıza instagram yarandıqdan sonra daxil oldular desək yanılmarıq. Yada ki, onların tanınmasında İnstagram əsas rol oynadı . Söhbət bloggerlər vinerlər dən gedir. Hansı ki, onlar müəyyən mövzularda videolar çəkir bloglar hazırlayırlar. Və yetəri qədərdə izləyici sayı toplaya bilirlər. Son dövrlərdə isə bu işə əməlli başlı biznes kimi baxanlarda var. Cəmiyyətin nümayəndələrinin hər birinin bu insanlara qarşı fikirləri eyni deyil bəziləri onları daha asan yolla pul qazanmaqda günahlandırır.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Mənsur Şərif – Aktyor, vayner: “Əlbəttə ki, bizim də iş əziyyətlidir, yəni burada oturub ideyalar fikirləşirsən. Bilirsiz efirlə sosial şəbəkənin bir fərqi var, efirdə insanlar fikir bildirə bilmir, amma sosialda bizim çəkdiymiz videolarda insanlar fikir bildirə bilir və sən orada o qədər ölçüb biçməlisən ki, hər bir insanın zövqünü oxşamalısan, orada sənə mənfi fikir gəlməməlidir”.
Sakin: “Milyonlarla insan əziyyətlə, zəhmətlə pul qazanır, onlar isə daha rahat yolla pul qazanırlar. Əslində mən onları qınaya da bilmərəm. Sadəcə onlar heç vergi ödəyicisi belə deyillər və bizdən dah açox imtiyaza sahibdirlər. Biz isə bu vəziyyətə sadəcə olaraq seyr edirik”.
Sakin: “Tanıdğım blogger var amma onları məxsusi olaraq izləmirəm”.
Lakib vayner bildirir ki, kimin yutub kanalı var, onlar qazana bilir, instaqram üzərindən elə də böyük qazanclar olmur.
Mənsur Şərif – Aktyor, vayner: “İnstaqram üzərindən qazanc yoxdur, ancaq restoran, obyekt, məkan reklamları olanda beşdən, üçdən qazancımız olur”.
Bəs bu insanlar ölkəmizdə vergiyə cəlb olunurmu?
Fərid Pərdəşünas – Texnoblogger: “İstər bloggerlər, istər infulunserlər belə bir əsas gətirirlər ki, internetdə qanunvericilik tənzimlənmir, reklam haqqında qanunvericilik interneti tənzimləmir. Ona görə onlar çalışırlar ki, vergidən yayınsınlar. Onlara sual verəndə ki, niyə vergi ödəmirsiz və yaxudda rəsmi fəaliyyətiniz var, ya yox belə əsas gətirirlər ki, bəs Azərbaycanda bu tənzimlənmir”.
Sahə mütəxəssisləri bildirir ki, əgər hər hansı bir şəxs infulunser və ya blogger kimi fəaliyyət göstərirsə onun ən azından fiziki şəxs kimi vöeni, dövlət qeydiyyatı olmalıdır .
Fərid Pərdəşünas – Texnoblogger: “Bu əsasla da siz hərhansısa bir müştəridən, bir şirkətdən sifariş qəbul etdikdə onlara rəsmi sürətdə ödəniş olunması üçün e-qaima göndərməlisiz. E-qaimədə isə fəaliyyət növü olaraq internet üzərində reklamı seçməlisiz, yəni bu vergilər nazirliyinin qanunvericiliyəndə var”.
Burada məsuliyyət şirkətlərində üzərinə düşür, çünki onlar öz balanslarından öz mühasibatlığından pul məxaric edəndə bunu rəsmi formada göstərməlidir. Əslində bunun şirkətlərə də xeyri var, çünki pulu rəsmiləşdirib məxaric edə bilirlər.
Qeyd edək ki, qardaş ölkə Türkiyədə artıq internet üzərindən reklam edən hər bir infuluncer 15/100 vergi ödəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.