xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

“Survivor”dan qayıdan kimi həbs olunacaq

6-03-2025, 09:58 8 dəfə baxılıb

“Survivor”dan qayıdan kimi həbs olunacaq


“Survivor” dedikdə ağıla ilk gələn məşhur simalardan biri olan Hikmet Tuğsuz bu dəfə haqqında səsləndirilən ittihamlarla gündəmə gəlib.

Tuğsuzun yarışın keçirildiyi Dominikan Respublikasından qayıdan kimi həbs olunacağı iddia olunur.

Məlumata görə, 2016-cı ildə iki bıçaqlama cinayətinə görə 12 il 16 ay həbs cəzası alan H. Tuğsuz 2023-cü ilin iyulun 31-də təcridxanaya göndərilib. O, müəyyən müddət sonra məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Lakin onun xaricə çıxışına qadağa qoyulduğu və həbs cəzasının 23 noyabr 2036-cı ilə qədər qüvvədə olduğu bildirilir.

Qeyd olunur ki, Tuğsuz azadlığa buraxıldıqdan sonra da dələduzluq və qəsdən adam öldürməyə cəhd cinayətlərinə qarışıb.

Barəsində ittiham aktı hazırlanarkən Dominikana gedən tanınmış sima haqqında fevralın 10-u Antalya Cümhuriyyət Baş Prokurorluğu tərəfindən həbs qərarı çıxarılıb. Bildirilir ki, o, Türkiyəyə qayıtdığı zaman həbs olunacaq.

Qeyd edək ki, Hikmet Tuğsuz daha öncə də “Survivor”da iştirak edib. İlk dəfə 2019-cu ildə bu yarışa qatılan Tuğsuz zədə səbəbindən mübarizədən kənarlaşdırılıb.(sfera.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi