xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

“Əcəb edirəm, baxmayın” – Aktrisadan tənqidlərə cavab

26-08-2019, 08:17 59 dəfə baxılıb

“Əcəb edirəm, baxmayın” – Aktrisadan tənqidlərə cavab

“8 yeni mahnı yazdırmışam. Onlardan ikisinə klip çəkdirəcəm. Əslində hər zaman oxumuşam. Tamaşaçılar məni aktrisa kimi tanıdılar. Şeir də yazıram. Amma hələ öz şeirimə mahnı yazdırmamışam. Utanıram, cəsarət tələb edir. Çox şəxsidir şeirlər”.

Bu sözləri Axşam.az-a açıqlamasında aktrisa Çimnaz Sultanova deyib. “Vicdan haqqı” serialındakı Larisa obrazı ilə məşhurlaşan aktrisa açıq-saçıq geyimlərindən bəhs edib:

“Serialda Larisa obrazı ilə tanınırdım, geyimlə yox. Çəkiliş zamanı geyimlərim qapalı idi. Efir mədəniyyəti başqadır. İnstaqramda, adi həyatda ürəyimiz istəyən kimi geyinə bilərik. Amma efirdə yox. İnstaqramın həyatımla əlaqəsi yoxdur.

Ümumiyyətlə, indi hər şey dəyişib. Rollar, uğurlar, layihələr var. Ondan danışmırlar. Bir dəxlisiz foto qoyuram hamı yazır. Yazırlar fikrin nədir? Edirəm, əcəb edirəm. Xoşuma gəlir, həzz alıram. Xoşunuza gəlmirsə, baxmayın. İnstaqramı özüm işlətmirəm, sadəcə paylaşımlara nəzarət edirəm. Yazılan şərhlərə əhəmiyyət vermirəm”.

Çimnaz sosial şəbəkədə tez-tez tənqid edilən paylaşımlarından söz açıb:

“Videoları paylaşanda, yazılacaq heç bir şərhi nəzərə almıram. Özümü xoşbəxt insan hiss edirəm. Özümə necə istəyirəm yaşamağa, kimi istəyirəm sevməyə icazə verirəm. Lazım olanı yox, istədiyimi edirəm, sevirəm. Mən alqış gözləmirəm, önəmli deyil. Baxmayın, istəməyin. Həyatda ləzzətlə yaşayıram. Mənə yaşamaq lazımdır”.

Aktrisa yeni seriala çəkildiyini də söyləyib. O, türkiyəli aktyorla tərəf müqabili olacağını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi