xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:53 – İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib - YENİLƏNİB 
  • 09:17 – "Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" 
  • 09:00 – Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - VİDEO - YENİLƏNİB 
  • 17:42 – İlham Əliyev Çin Sədrinə başsağlığı verdi 

Rayonun işğalı

20-10-2023, 14:39 34 dəfə baxılıb

 Rayonun işğalı


XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Ziyarətgahlar:
Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi
Ziya Baba ocağı – Ağkənd kəndi
Xanazur türbəsi – Bartaz kəndi
Xanazor piri – Bartaz yaxınlığında
Soltan Heydər piri – Bartaz dağında
Günqışlaq piri – Günqışlaq kəndi
İzzə piri – Hacıllı kəndi
Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi
Buqakar piri – Leyfaz kəndi
Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi
Veysin piri – Pirveyis kəndi
Seyid Musa ocağı – Sobu kəndi
Qaradağlı piri – Şəfibəyli kəndi
Yal piri – Vejnəli kəndi
Yel piri – Vejnəli kəndi
Soltan ocağı – Yeməzli kəndi
Şəhid Məhəmməd yeri – Yeməzli kəndi
Dəvəcüneyt piri – Zəngilan şəhəri
Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi;
Tarixi memarlıq abidələri:
Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi
Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi
Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi
Qız qalası (orta əsrlər) – Qumlaq kəndi
Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı
Sərdabə (XIII əsr) – Şərikan kəndi
Sərdabə (XIV əsr) – Yenikənd kəndi
Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi
Körpü (XIX əsr) – Hacallı kəndi
Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi
Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi
Küp qəbirlər (b.e.ə. IV-II əsr¬lər) – Yeməzli kəndi
Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü
Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi
Şərifan sərdabəsi (XII əsr) – Şə¬rifan kəndi
Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi
Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi